EN

“Rusiya ABŞ müəssisəsinə məqsədli zərbə endirib” Zelenski

ain.az, Yeniavaz saytına istinadən bildirir.

“Avqustun 21-nə keçən gecə Ukraynaya irimiqyaslı zərbələr zamanı Rusiya Silahlı Qüvvələri Zakarpatye vilayətində Amerika müəssisəsinə qəsdən zərbələr endirib”.

Yeniavaz.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

“Mukaçevoda ruslar əslində bir müəssisəni, yeri gəlmişkən, bir Amerika müəssisəsini, elektrik avadanlıqları istehsalçısını yandırdılar. Bunlar məişət texnikası idi - hərbi heç bir şey yox idi. Ruslar haranı vurduqlarını dəqiq bilirdilər və bu, raket zərbəsi idi. Biz hesab edirik ki, bu, Amerikanın Ukraynadakı mülklərinə, Amerika sərmayələrinə hədəflənmiş zərbədir”, - Zelenski yazıb.

Prezident qeyd edib ki, bu çox əlamətdar bir zərbə idi:

“Bütün bu kütləvi hücum kimi. Məhz dünya ruslardan aydın cavab gözlədiyi vaxt – müharibəni bitirmək üçün danışıqlara dair cavab”.

Bildirilib ki, Mukaçevoya zərbələr nəticəsində, 23 nəfər xəsarət alıb, onlardan 6-sı xəstəxanaya yerləşdirilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
2
1
yeniavaz.com

2Sources