EN

Mirzoyan münasibətlərin normallaşdırılmasına dair sazişləri onunla müzakirə etdi

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Kiprin xarici işlər naziri Konstantinos Kombos Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesində Vaşinqtonda əldə olunan razılaşmaları müzakirə ediblər.

Paralel.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Telefon danışığı zamanı həmsöhbətlər regional məsələlərə toxunublar. Nazir Mirzoyan Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesində Vaşinqtonda əldə olunmuş əsas razılaşmaları təqdim edib”, - nazirlikdən qeyd edilib.

Nazirlər həmçinin gələn ilin birinci yarısında Kiprin Aİ Şurasına sədrliyi nəzərə alınmaqla, Ermənistan-Aİ tərəfdaşlığının dərinləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Chosen
16
5
paralel.az

6Sources