EN

ABŞ İrana sanksiyalar siyahısını genişləndirib

ABŞ İrana sanksiya siyahısına bir fiziki şəxs, 13 şirkət və səkkiz tanker əlavə edib.

“Report” xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, məhdudiyyətlər “bir neçə il İran nefti və neft məhsullarının tədarükünü asanlaşdıran” Yunanıstan vətəndaşı Antonios Marqaritisə qarşı tətbiq edilib. Sanksiya siyahılarına Çin, BƏƏ və Marşal adalarında yerləşən hüquqi şəxslər, Panama, Kuk adaları, Honq-Konq, Qambiya, San-Tome və Prinsipi, Antiqua və Barbuda bayraqları altında tankerlər də daxildir.

ABŞ Maliyyə Nazirliyi iddia edir ki, İranın enerji təchizatına yardım İrana mütərəqqi silahlar hazırlamaq üçün gəlir əldə etməyə kömək edir. Sanksiyalar siyahısına Çində “milyonlarla barel İran neftinin qeyri-qanuni daşınmasına şərait yaradan” iki terminal və anbar operatoru daxildir”, - Dövlət Departamentindən bildirilib.

Chosen
14
11
demokrat.az

10Sources