EN

Azərbaycanda partlayış baş verdi – Yaralılar var – VİDEO

23:03

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ağcabədi rayonu, Aşağı Avşar kəndi ərazisində fəaliyyət göstərən maye qazdoldurma məntəqəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

Milli.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mərbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Ağcabədi rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının məntəqənin ərazisində yerləşən ofisdə baş verdiyi və maye qazla dolu çənə keçmə riskinin yüksək olduğu müəyyən edilib.

Yanğınsöndürənlər tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənərək yanacaqdoldurma məntəqəsinin ərazisinə yayılmasına və yanacaq çəninə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 16 m² ofisin yanar konstruksiyaları yanıb. Vətəndaşlar – 1979-cu il təvəllüdlü Qurbanov Ruslan İslam oğlu, 1988-ci il təvəllüdlü Şükürov Samir Hüseyn oğlu və 2013-cü il təvəllüdlü Şükürov Ramil Samir oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

Ərazisdəki digər tikililər və həcmi 20 kub.m. olan maye qazla dolu çən yanğından mühafizə olunub.

——— 22:37

Ağcabədi rayonunda maye qazdoldurma məntəqəsində partlayış olub.

“Report”un Qarabağ Bürosunun əldə etdiyi məlumata görə, hadisə Mingəçevir – Bəhrəmtəpə magistral yolunun Ağcabədi rayonunun Aşağı Avşar kəndindən keçən hissəsində fəaliyyət göstərən maye qaz doldurma məntəqəsində qeydə alınıb. Partlayış zamanı 3 nəfər ağır dərəcəli yanıq xəsarətləri alıb.

Yaralılar xəstəxanaya çatdırılıb, onlardan biri reanimasiyaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

————

Ağdərə rayonunda yanğın baş verən ərazidə partlayış qeydə alınıb.

Milli.Az APA-ya istinadən bildirir ki, nəticədə bir nəfər xəsarət alıb. Xəsarət alan şəxsin yanğınsöndürən nəfəri Babək Zeynalov olduğu bildirilir. Ona ilkin tibbi yardım göstərilib, Bərdə rayon mərkəzi xəstəxanasına köçürülür.

Hazırda yanğın və yanğınsöndürmə əməliyyatları davam edir.

Əraziyə FHN-nin yanğınsöndürən helikopterləri cəlb olunub.

Chosen
69
35
bizimshow.az

10Sources