EN

“Orta Dəhliz”lə bağlı Yol Xəritəsi təsdiqlənib

ain.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Beynəlxalq ticarət” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2025-ci il üzrə Yol Xəritəsi Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyası tərəfindən təsdiq edilib.

Avtosfer.az APA-ya istinadən xəbər verir ki, yol xəritəsinə görə, “Orta Dəhliz” vasitəsilə daşınan yüklərə münasibətdə vahid tranzit yük sənədinin və asanlaşdırılmış gömrük prosedurlarının tətbiqi ilə bağlı dəhliz üzərində yerləşən dövlətlərin aidiyyəti qurumları ilə müzakirələrin aparılması və nəticələri üzrə təkliflərin hazırlanaraq Komissiyaya təqdim edilməsi nəzərdə tutulub.

Eyni zamanda, il ərzində beynəlxalq ticarət prosedurlarının və qaydalarının ardıcıllıqla və geniş izah edildiyi müvafiq dövlət internet səhifəsinin və ya informasiya portalının yaradılması, sərbəst/preferensial ticarət sazişlərinin imzalanması istiqamətində araşdırmaların aparılması və nəticələri barədə məlumatların Komissiyaya təqdim edilməsi planlaşdırılır.

Xatırladaq ki, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Beynəlxalq ticarət işçi qrupu”na rəhbərliyi iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev həyata keçirir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
28
4
avtosfer.az

5Sources