EN

Avroliqa: “Samsunspor” “Panatinaikos”a ilk oyunda uduzdu

Bu gün futbol üzrə Avropa Liqasında (Avroliqa) 2025/2026-cı illər mövsümünün pley-off mərhələsinin oyunlarına start verilib.

Arena.az xəbər verir ki, 12 qarşılaşmanın hamısı eyni gündə baş tutub.

UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın mübarizədən kənarlaşdırdığı “Şkendiya” (Şimali Makedoniya) Bolqarıstan çempionu “Ludoqorets”lə ev oyunundan qalib ayrılıb.

Ötən mövsüm Türkiyə Super Liqasında 3-cü pilləni tutmuş “Samsunspor” isə Yunanıstan nəhəngi “Panatinaikos”la üz-üzə gəlib. Üç qolluq bu oyunda da qələbəni meydan sahibləri bayram ediblər.

“Midtyulland”, “Malmö”, “Genk” və “Braqa” kimi komandalar ilk oyunda böyük hesabla qalib gəlməklə demək olar ki, cütün taleyinə aydınlıq gətiriblər.

Qeyd edək ki, Avroliqada pley-off mərhələsinin cavab oyunları avqustun 28-də keçiriləcək.

Avropa Liqası
Pley-off mərhələsi
21 avqust

“Midtyulland” (Danimarka) – KuPS (Finlandiya) 4:0
“Brann” (Norveç) – AEK (Larnaka, Kipr) 2:1
“Malmö” (İsveç) – “Siqma” (Çexiya) 3:0
“Makkabi” (Təl-Əviv, İsrail) – “Dinamo” (Kiyev, Ukrayna) 3:1
“Panatinaikos” (Yunanıstan) – “Samsunspor” (Türkiyə) 2:1
“Şkendiya” (Şimali Makedoniya) – “Ludoqorets” (Bolqarıstan) 2:1
“Zrinski” (Bosniya və Herseqovina) – “Utrext” (Niderland) 0:2
“Slovan” (Slovakiya) – “Yanq Boyz” (İsveçrə) 0:1
“Lex” (Polşa) – “Genk” (Belçika) 1:5
“Aberdin” (Şotlandiya) – Styaua (Rumıniya) 2:2
“Riyeka” (Xorvatiya) – PAOK (Yunanıstan) 1:0
“Linkoln” (Cəbəllütariq) – “Braqa” (Portuqaliya) 0:4

Chosen
49
2
arena.az

10Sources