EN

Rusiyada məscid YANDIRILDI - VİDEO

Rusiyanın Başqırdıstan bölgəsinin Blaqoveşensk rayonunda naməlum şəxs məscidi yandırıb.

Bizim.Media xəbər verir ki, bununla bağlı video görüntüləri Baza teleqram kanalı yayıb.
 

Şahidlərin sözlərinə görə, gənc olduğu güman edilən bir nəfər Sovet küçəsində yerləşən məscidin girişinə yaxın yerə içərisində alışdırıcı olan butulka atarıb.


Məlumata görə, məscidin 10 kvadratmetr sahəsində yanğın baş verib. Girişdə qoyulmuş xalça və şəxsi əşyalar yanıb.

Hadisəni törədən şəxs dərhal ərazidən qaçıb.


Bizim.Media

Chosen
37
bizim.media

1Sources