EN

Talassemiya Mərkəzi ilə bağlı ETİRAZLAR: “Dərmanlarımızı ala bilmirik”

Pasiyentlər Talassemiya Mərkəzi ilə bağlı müxtəlif iddialar irəli sürüblər.

News24.az xəbər verir ki, onlar tibb müəssisəsində dərman çatışmazlığından, sanitar-gigiyenik qaydalara riayət olunmadığından və nəzərdə tutulan dərmanları vaxtında ala bilmədiklərindən şikayətçidirlər. 

Onların iddalarına görə, laboratoriyada istifadə edilən reaktivlər köhnədir.

Bundan əlavə, onlara verilmiş iynələrin keyfiyyətsiz olduğuna dair şikayətlər səsləndiriblər.

Onların sözlərinə görə, Mərkəzdə qan nümunələri götürmək üçün istifadə olunmuş “probilka”lar da köhnədir. 

Mərkəzin fəaliyyətindən razı qalan pasiyentlər də var:

“Əvvəllər çətinliklər var idi, amma sonra şükür ki, yaxşıdır. Pis deyil”.

Mərkəzin inzibati işlər üzrə direktor müavini Səidə Babazadə dərman təminatında müəyyən ləngimələrin olduğunu təsdiqləyib.

Direktor müavini bildirib ki, mövcud problemlərin həlli istiqamətində müvafiq qurumlarla danışıqlar aparılır.

Ətraflı: “Xəzər Xəbər”in videomaterialında: 


Chosen
53
news24.az

1Sources