Azpost saytından verilən məlumata görə, ain.az xəbər verir.
Kolumbiyada baş verən iki terror aktı nəticəsində ölənlərin sayı 18 nəfərə yüksəlib. Rəsmilərin məlumatına görə, hadisələr Antioqiya departamentində və Santyaqo-de-Kali şəhərində qeydə alınıb.
AzPost-un xarici mediaya istinadla məlumatına əsasən, Antioqiyada üsyançılar polis helikopterini vurublar. Hadisə nəticəsində 12 polis zabiti həlak olub, daha dörd nəfər isə yaralanıb.
Kali şəhərində isə terrorçular hava bazasının yaxınlığında minalanmış yük maşını partladıb. Partlayış zamanı 6 nəfər ölüb, 65 nəfər isə xəsarət alıb.
Qeyd edək ki, ilkin məlumatlara görə, hadisə zamanı 5 nəfər ölü, 36 nəfər yaralı olduğu bildirilmişdi.
AzPost.az
Paylaş
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.