EN

Dünyanın ən bahalı meyvəsi məlum oldu

ain.az, Azpost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dünyada meyvələr yalnız dadına görə deyil, həm də nadirliyi və xüsusi yetişdirmə üsullarına görə astronomik qiymətlərlə satışa çıxarılır.

AzPost xəbər verir ki, onların arasında ən bahalısı Yaponiyanın Yubari King qovunu hesab olunur.

Bu qovunlar yalnız Hokkaydo adasında, Yubari şəhərində yetişdirilir və hər biri xüsusi qayğı ilə seçilərək bazara çıxarılır. 2019-cu ildə keçirilən hərracda bir cüt Yubari King qovunu 5 milyon yenaya (təxminən 42 min dollar) satılaraq dünyanın ən bahalı meyvəsi statusunu qazanıb.

Yaponiyada bahalı meyvə ənənəsi bununla bitmir. Məsələn, Ruby Roman üzümləri bir salxımı 8 min dollara, nadir Densuke qarpızı isə 6 min dollardan yuxarı qiymətə alıcı tapıb. Həmçinin “Günəş yumurtası” adlanan Taiyo no Tamago mango cütlük şəklində 4,5 min dollara satılıb.

Ekspertlərin sözlərinə görə, bu meyvələrin yüksək qiyməti təkcə dadına görə deyil, həm də nadirlik, ideal forma, yüksək şəkərlilik və simvolik dəyər ilə əlaqədardır. Yaponiyada belə meyvələr çox vaxt hədiyyə kimi təqdim olunur və “lüks həyatın göstəricisi” sayılır.

Hazırda dünyanın ən bahalı meyvəsi olaraq rəsmi rekord Yubari King qovununa məxsusdur.

AzPost.az

Paylaş

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
31
1
azpost.info

2Sources