EN

Xruşşov SSRİ məktəblərində məntiq fənnini niyə tədrisdən çıxarmışdı?

ain.az, Azpost saytına istinadən bildirir.

Publisist və Rusiya Dövlət Dumasının Maarif Komitəsinin üzvü Anatoli Vaserman Nikita Xruşşovun hakimiyyəti dövründə atılmış ən mənfi və uzunmüddətli addımı açıqlayıb.

AzPost xəbər verir ki, o, “Vzglyad” nəşrinə müsahibəsində bildirib ki, bu addım ümumtəhsil məktəblərinin proqramından “Məntiq” fənninin çıxarılması olub.

Vasermanın sözlərinə görə, məntiq fənninin tədrisi şagirdlərə bilikləri sistemləşdirmək və dərk etmək imkanı verirdi. Onun fikrincə, bu gün gənclərin məhz belə bir alətə ehtiyacı böyükdür:

“Bu fənn müxtəlif bilikləri xaotik faktlar yığını kimi deyil, sistemli şəkildə anlamağa kömək edirdi. Məntiq bütöv dünyagörüşünün formalaşmasında əsas rol oynayırdı. Onun proqramdan çıxarılması Xruşşov dövründə buraxılmış ən zərərli və uzunömürlü səhvlərdən biridir”.

Xatırladaq ki, məntiqin tədrisi barədə qərar 1947-ci ildə, İosif Stalinin şəxsən iştirakı ilə qəbul olunmuşdu. Fənn sonuncu sinifdə həftədə bir dəfə keçirilir, şagirdlər anlayış, mühakimə və nəticə kimi əsas düşüncə formalarını öyrənirdilər.

Lakin 1955-ci ildə Xruşşov hakimiyyətə gəldikdən sonra fənn ləğv edildi. Səbəb kimi onun “xalq təsərrüfatı üçün praktiki fayda verməməsi” göstərildi.

AzPost.az

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
18
1
azpost.info

2Sources