EN

Böyük Britaniyanın üçüncü ən iri polad zavodu iflas edib

Böyük Britaniyanın üçüncü ən böyük polad istehsal müəssisəsi “Speciality Steel” hökumətin nəzarətinə keçib.

“İki sahil” “Independent”ə istinadla xəbər verir ki, bu addım 1450 iş yerinin qorunması məqsədilə atılıb.

Ali Məhkəmə açıqlamasında zavodun məcburi ləğv prosesinə cəlb edildiyini təsdiqləyib. “Speciality Steel” əvvəllər Sanciv Guptanın “Liberty Steel” şirkətinə daxil idi. Müəssisənin Roterham və Stoksbriçdə yerləşən zavodları rəsmi qəyyumun və “Teneo” məsləhət şirkətinin xüsusi menecerlərinin idarəsinə veriləcək.

Hökumət bildirib ki, yeni alıcı tapılana qədər zavodun fəaliyyətini davam etdirməsi üçün əməkhaqları və cari xərclər dövlət tərəfindən ödəniləcək.

Chosen
10
2
ikisahil.az

3Sources