EN

Çində qatar qəzası olub

Çinin şimal-qərbindəki Sinxay əyalətində Xuanxe çayı üzərindən keçən böyük dəmir yolu körpüsündə baş vermiş qəza nəticəsində 7 nəfər ölüb, 9 nəfər isə itkin düşüb.

Bu barədə "Jenmin Jibao" qəzeti məlumat yayıb.

Qəza cümə günü Pekin vaxtı ilə saat 03:00-da Xuannan-Tibet Muxtar Dairəsində baş verib. Təmir-tikinti işləri zamanı bərkidici kabellər qırılıb. 

Hakimiyyət orqanları operativ şəkildə axtarış-xilasetmə işlərini təşkil ediblər. Qəzanın səbəbləri müəyyənləşdirilir, araşdırma aparılır.

"Cebheinfo.az" 

Chosen
89
5
cebheinfo.az

10Sources