EN

Biləcəridə elektrik enerjisinin verilişində fasilə yaranacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 22 avqust tarixində 35/6 kV-luq 89 saylı yarımstansiyada yeni transformator şəbəkəyə qoşulacaq. 94 saylı yarımstansiyada isə yeni güc mənbəyi quraşdırılacaq. Bununla əlaqədar olaraq saat 11:00-dan 13:00-dək Binəqədi Şosesi, "Zəngəzur" obyektinin ətrafında olan yaşayış masivlərində, saat 11:00-dan 14:00-dək Vulkan dağı ətrafında yerləşən yeni yaşayış masivlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Gücləndirmə işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Chosen
12
13
teleqraf.com

10Sources