EN

Kəlbəcərin 3-cü yaşayış kompleksində 476 mənzil inşa ediləcək

Kəlbəcər şəhərində təməli qoyulan 3-ya yaşayış kompleksində 476 mənzilin inşası planlaşdırılır.

“Report”un Qərb bürosunun xəbərinə görə, bu barədə Prezidentin izi ilə Kəlbəcər şəhərində təməli qoyulan 3-cü yaşayış kompleksinə təşkil olunan mediaturda məlumat verilib.

Bildirilib ki, yaşayış kompleksinin ümumi ərazisi 7,6 hektar olacaq. Burada 4 və 5 mərtəbəli 29 bina tikiləcək. Kompleksdə 476 mənzilin inşası planlaşdırılıb ki, onlardan da 8-i birotaqlı, 176-sı ikiotaqlı, 169-u üçotaqlı, 123-ü isə dördotaqlı olacaq.

Buraya köçürüləcək ailələrin rahatlığı və məişət məsələlərinin həlli üçün kompleksdə bütün zəruri infrastruktur qurulacaq. Belə ki, burada məişət və ticarət obyektləri, futbol meydançası, istirahət guşələri, söhbətgahlar, uşaq oyun meydançaları, velosiped yolları, yerüstü avtomobil dayanacağı yaradılacaq. Binalar daimi su, elektrik təchizatı və yüksəksürətli internetlə təmin ediləcək. Ərazidə geniş abadlıq və yaşıllıq işləri görüləcək.

Qeyd edək ki, Prezident İlham Əliyev avqustun 21-də Kəlbəcər şəhərində 3-cü yaşayış kompleksinin təməlini qoyub.

Chosen
13
20
report.az

10Sources