EN

Fransa klubundan ayrılan 37 yaşlı futbolçu İtaliyada çıxış edə bilər

Fransanın "Lion" komandasından ayrılan serbiyalı futbolçu Nemanya Matiçin yeni klubu bəll olmaq üzrədir.

"Report" məşhur insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, 37 yaşlı yarımmüdafiəçi "Sassuolo"ya (İtaliya) keçməyə yaxındır.

A Seriyası təmsilçisi onunla "1+1" illik müqavilə imzalamağa hazırlaşır.

Qeyd edək ki, N.Matiç "Lion"un heyətində 58 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

Chosen
74
report.az

1Sources