EN

ABŞ-dakı 55 milyon əcnəbinin vizalarına yenidən baxılır

ABŞ Dövlət Departamenti etibarlı vizası olan 55 milyondan çox insanı vizanın ləğvi və ya deportasiya ilə nəticələnə biləcək immiqrasiya qaydalarını pozduğuna görə nəzərdən keçirdiyini açıqlayıb.

Editor.az Associated Press (AP) agentliyinə istinadla xəbər verir ki, sualına yazılı cavabda ABŞ Dövlət Departamenti bildirib ki, viza sahibləri viza verildikdən sonra yarana biləcək potensial pozuntuya işarə edən bütün məlumatları nəzərə alaraq, davamlı yoxlamaya məruz qalırlar.

Bəyanatda əlavə edilib ki, 55 milyondan çox viza sahibinin immiqrasiya qaydalarını pozduğu aşkar edilərsə, onların vizaları ləğv oluna və ABŞ-dakı viza sahibi deportasiya oluna bilər.

Sözügedən pozuntulara viza müddətini keçmək, cinayət törətmək, ictimai təhlükəsizliyi təhdid etmək, hər hansı terror fəaliyyəti ilə məşğul olmaq və ya terror təşkilatına dəstək vermək daxildir.

ABŞ Dövlət Departamenti avqustun 19-da yaydığı bəyanatda ilin əvvəlindən 6000-dən çox tələbə vizasının müddətinin uzadılması və qanun pozuntularına görə ləğv edildiyi barədə xəbərləri təsdiqləyib.

//Gülnarə Abasova, Editor.az

Chosen
17
editor.az

1Sources