Azərbaycan Kempo Federasiyasının prezidentinin oğlu vəfat edib.
Publika.az Oxu.Az-a istinadla xəbər verir ki, federasiya prezidenti Rauf İbrahimovun oğlu Toğrul İbrahimov Ukraynada dünyasını dəyişib.
Onun Kiyevdə binada yaşadığı mənzilin pəncərəsindən yıxılaraq həyatını itirdiyi bildirilir.