EN

Rusiya Paşinyana Zəngəzur dəhlizi ilə bağlı ultimatum verib

Bir gün əvvəl Ermənistana gələn Rusiya baş nazirinin müavini Overçuk baş nazir Paşinyanla xoşagəlməz söhbət edib.Vətəninfo.az xəbər verir ki, bu barədə hökumətdəki mənbəyə istinadən Ermənistanın Hraparak qəzeti yazır.

Mənbənin sözlərinə görə, Rusiya Vaşinqton bəyannaməsinin Aİİ-nin əsas prinsiplərinə, xüsusən də vahid gömrük nəzarəti qaydalarına zidd ola biləcəyindən narahatdır. Bununla bağlı Rusiya tərəfi Paşinyana xəbərdarlıq edib ki, “Ermənistanın gömrük orqanlarının gömrük nəzarətini həyata keçirməyəcəyi üzə çıxsa, İrəvanda problemlər yaranacaq”.

Məqalədə deyilir: “Paşinyan seçim qarşısındadır: ya Ermənistanı Aİİ-dən çıxaracaq, ya da sanksiyalara məruz qalacaq, sonra isə təşkilatdan kənarlaşdırılacaq”.

Chosen
7
2
veteninfo.az

3Sources