EN

QHT-lərə Dövlət Dəstəyi Agentliyi 2026-cı il üzrə qrant müsabiqələri elan edib

Bakı.Trend:

Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyi2026-cı il üzrə kiçik, orta və böyük qrant müsabiqələrini elanedib.

Trend xəbərverir ki, müsabiqələr üzrə QHT-lərin layihə təkliflərinə dairsənədlərin qəbuluna sentyabrın 22-də başlanacaq. Qrant müsabiqəsiüçün müraciət isə oktyabrın 22-də yekunlaşacaq.

Sənəd qəbulu bitdikdən sonra QHT-lərin təqdim etdiyi layihətəkliflərinə dair sənədlərin ekspertizası aparılacaq, layihələrtəhlil ediləcək və qaliblər müəyyənləşdiriləcək. Müsabiqəninnəticələri 2026-cı ilin I rübü ərzində elan olunacaq.

Müsabiqələr Nazirlər Kabinetinin 2023-cü il 14 sentyabr tarixli327 və 328 nömrəli qərarlarına uyğun təşkil edilir.

Qrant məbləğlərinin yuxarı həddi və icramüddəti:

• Kiçik qrant müsabiqələri üzrə: 15 min manat (icra müddəti 6ayadək);

• Orta qrant müsabiqəsi üzrə: 30 min manat (icra müddəti 9ayadək);

• Böyük qrant müsabiqəsi üzrə: 50 min manat (12 ayadək).

Müsabiqələr aşağıdakı mövzuları ehtivaedir:

1. WUF13 ilə bağlı beynəlxalq təşəbbüslər

Bu istiqamət üzrə QHT-lər yalnız koalisiya şəklində iştirak edəbilər. Əsas tələblər:

- Koalisiya minimum “1 yerli QHT (Azərbaycan Respublikasındadövlət qeydiyyatına alınmış) + 1 xarici QHT” formatına uyğungəlməlidir;

- Koalisiyada əsas icraçı yalnız yerli QHT olmalıdır;

- Koalisiyanın yaradılması barədə üzv olan bütün yerli və xariciQHT-lər tərəfindən təsdiqlənmiş protokol təqdim olunmalıdır(Azərbaycan və ingilis dillərində);

- Koalisiyada təmsil olunan xarici təşkilatlar haqqında ətraflıməlumat təqdim olunmalıdır (təmsil etdiyi ölkə, fəaliyyət sahəsi,təcrübəsi, saytı və s. digər məlumat mənbələri);

- Koalisiyada iştirak edən QHT-lərin işçi heyətinin beynəlxalqformatda layihə idarəetmə təcrübəsi və imkanları olmalıdır;

- 1 QHT yalnız 1 koalisiyada təmsil oluna bilər;

- Koalisiya hər 3 müsabiqəyə (kiçik, orta, böyük qrantmüsabiqələrinə) layihələr təqdim edə bilər, bu halda müsabiqətələblərinə cavab verən layihələrdən yalnız 1-imaliyyələşdiriləcək.

Bu istiqamətdə üstünlük verilən məsələlər:

- Əsas icraçı QHT-nin özünün və ya koalisiyada xarici tərəfdaşqismində iştirak edən təşkilatın əvvəlki WUF tədbirlərindəbeynəlxalq təcrübəsinin olması;

- Xarici tərəfdaş qismində iştirak edən təşkilatın Qlobal CənubQHT Platforması şəbəkəsində təmsil olması;

- Təqdim olunan layihə ilə bağlı koalisiyada təmsil olunanxarici tərəfdaşdan dəstək məktubunun olması;

- Əsas tədbirin WUF13 zamanı forum məkanında (pavilyonlar,konfrans zalları və forumun digər yan tədbir məkanları)keçirilməsi.

2. Ətraf mühitin və sağlamlığın qorunması, insan alveriilə mübarizə, ənənəvi ailə dəyərlərinin möhkəmləndirilməsi, həssasqruplarla iş

(Ekoloji məsələlərin həllinə kömək, sağlam və təhlükəsiz həyattərzinin (narkotik vasitələrin istifadəsi, tütünçəkmə, yoluxucuxəstəliklərlə mübarizə, yaşıl nəqliyyatın, yol hərəkətinintəhlükəsizliyinin təşviqinə, həssas əhali qrupları (uşaqlar,qadınlar, ahıllar, əlillər, aztəminatlı ailələr, insan alveriqurbanları və s.) ilə işə, erkən nikahlarla mübarizə, məişətzorakılığının, məşğulluq probleminin (xüsusilə qadınlarınməşğulluğunun) həllinə yönəlmiş, ənənəvi ailə dəyərlərininmöhkəmləndirilməsinə xidmət edən təşəbbüslərə üstünlük verilir)

3. Azərbaycan Respublikasının əsir, itkin düşmüş, girovgötürülmüş vətəndaşlarının hüquqlarının müdafiəsi, azad edilmişərazilərdə mina və partlamamış hərbi sursatların yaratdığı təhlükəvə onunla mübarizə

(Azərbaycan Respublikasının əsir, itkin düşmüş, girov götürülmüşvətəndaşlarının naməlum taleyinin araşdırılması, onların ailələriilə iş aparılması, dünyanın müxtəlif ölkələrində bu kateqoriyadanolan şəxslərin hüquq və azadlıqlarının birgə müdafiəsi, işğaldanazad edilmiş ərazilərin mina və PHS-dan təmizlənməsinə dəstəkverilməsi, təhlükələr barədə əhalinin maarifləndirilməsi, minaqurbanları, onların ailələri ilə iş aparılması, BMT-nin Davamlıİnkişaf Məqsədlərindən biri kimi “minasız dünya”nınmüəyyənləşdirilməsi istiqamətində fəaliyyətin təşviqi üzrətəşəbbüslərə üstünlük verilir)

Bu istiqamət üzrə QHT-lər yalnız koalisiya şəklindəiştirak edə bilər. Əsas tələblər:

- Koalisiya minimum “1 yerli QHT (Azərbaycan Respublikasındadövlət qeydiyyatına alınmış) + 1 xarici QHT” formatına uyğungəlməlidir;

- Koalisiyada əsas icraçı yalnız yerli QHT olmalıdır;

- Koalisiyanın yaradılması barədə üzv olan bütün yerli və xariciQHT-lər tərəfindən təsdiqlənmiş protokol təqdim olunmalıdır(Azərbaycan və ingilis dillərində);

- Koalisiyada təmsil olunan xarici təşkilatlar haqqında ətraflıməlumat təqdim olunmalıdır (təmsil etdiyi ölkə, fəaliyyət sahəsi,təcrübəsi, saytı və s. digər məlumat mənbələri);

- Koalisiyada iştirak edən QHT-lərin işçi heyətinin beynəlxalqformatda layihə idarəetmə təcrübəsi və imkanları olmalıdır;

- 1 QHT yalnız 1 koalisiyada təmsil oluna bilər;

- Koalisiya hər 3 müsabiqəyə (kiçik, orta, böyük qrantmüsabiqələrinə) layihələr təqdim edə bilər, bu halda müsabiqətələblərinə cavab verən layihələrdən yalnız 1-imaliyyələşdiriləcək;

Bu istiqamət üstünlük verilən məsələlər:

- Əsas icraçı QHT-nin özünün və ya koalisiyada xarici tərəfdaşqismində iştirak edən təşkilatın müvafiq sahə üzrə beynəlxalqtəcrübəsinin olması;

- Təqdim olunan layihə ilə bağlı koalisiyada təmsil olunanxarici tərəfdaşdan dəstək məktubunun olması;

- Əsas tədbirin xarici ölkədə keçirilməsi.

4. Qərbi Azərbaycana qayıdış prosesi

(Qərbi Azərbaycanlıların Qayıdış Konsepsiyasından irəli gələnməsələlərə, dinc yolla qayıdışın insan hüquqları prizmasındantəhlilinə dair təşəbbüslərə üstünlük verilir)

Bu istiqamət üzrə QHT-lər yalnız koalisiya şəklində iştirak edəbilər. Əsas tələblər:

- Koalisiya minimum “1 yerli QHT (Azərbaycan Respublikasındadövlət qeydiyyatına alınmış) + 1 xarici QHT” formatına uyğungəlməlidir;

- Koalisiyada əsas icraçı yalnız yerli QHT olmalıdır;

- Koalisiyanın yaradılması barədə üzv olan bütün yerli və xariciQHT-lər tərəfindən təsdiqlənmiş protokol təqdim olunmalıdır(Azərbaycan və ingilis dillərində);

- Koalisiyada təmsil olunan xarici təşkilatlar haqqında ətraflıməlumat təqdim olunmalıdır (təmsil etdiyi ölkə, fəaliyyət sahəsi,təcrübəsi, saytı və s. digər məlumat mənbələri);

- Koalisiyada iştirak edən QHT-lərin işçi heyətinin beynəlxalqformatda layihə idarəetmə təcrübəsi və imkanları olmalıdır;

- 1 QHT yalnız 1 koalisiyada təmsil oluna bilər;

- Koalisiya hər 3 müsabiqəyə (kiçik, orta, böyük qrantmüsabiqələrinə) layihələr təqdim edə bilər, bu haldamüsabiqə tələblərinə cavab verən layihələrdən yalnız 1-imaliyyələşdiriləcək;

Bu istiqamət üstünlük verilən məsələlər:

- Əsas icraçı QHT-nin özünün və ya koalisiyada xarici tərəfdaşqismində iştirak edən təşkilatın müvafiq mövzuda beynəlxalqtəcrübəsinin olması;

- Təqdim olunan layihə ilə bağlı koalisiyada təmsil olunanxarici tərəfdaşdan dəstək məktubunun olması;

- Xarici ölkələrdə konfransların, beynəlxalq və regionaltəşkilatlarda yan tədbirlərin təşkili, birgə hesabatlarınhazırlanması və yayılması.

5. Şəhid ailələri, veteranlar, müharibə iştirakçılarıilə iş

(şəhid ailələri və müharibə iştirakçıları, veteranları ilə iş,hüquqi və psixoloji xidmətin təşkili, Azərbaycan Respublikasınınistiqlaliyyətinin, ərazi bütövlüyünün və suverenliyinin bərpasıprosesinin təhlilinə, uşaqların və gənc nəslin milli ruhdatərbiyəsinə dair təşəbbüslərə üstünlük verilir);

6. Regionların sosial-iqtisadi inkişafına ictimaidəstək

(İşğaldan azad edilmiş ərazilərdə, Naxçıvan MuxtarRespublikasında tədbirlərin təşkilinə üstünlük verilir)

7. Milli, ictimai və beynəlxalq əhəmiyyətli digərtəşəbbüslər (sərbəst mövzu)

(Yuxarıda qeyd olunan istiqamətlər üzrə mövzulardan kənardaqalan, milli, ictimai, beynəlxalq əhəmiyyətli digər bütüntəşəbbüsləri əhatə edir. İdeoloji təxribatlara, hibrid təhdidlərəqarşı profilaktikaya, zərərli xarici təsirlərə qarşı sayıqlığınartırılmasına, təhsilin, mədəniyyətin, ana dilinin saflığınınqorunmasının, vicdan azadlığının, qida təhlükəsizliyinin,korrupsiyaya qarşı mübarizənin, ictimai nəzarətin təşviqinə dairtəşəbbüslərə üstünlük verilir)

Azərbaycan Respublikası Nazirlər Kabinetinin - 2023cü il14 sentyabr tarixli 327 nömrəli Qərarına uyğun olaraq müsabiqə üçüntələb olunan sənədlər:

• layihə təklifi;

• layihənin icra planı;

• layihənin xərclər smetası;

• layihə büdcəsinin maliyyə əsaslandırılması (orta və böyükqrant müsabiqələrinə təqdim edilən layihələrə münasibətdə);

• QHT-nin nizamnaməsinin, qeydiyyat şəhadətnaməsinin və hüquqişəxslərin dövlət reyestrindən çıxarışının surətləri;

• QHT-nin vergi uçotu haqqında şəhadətnaməsinin surəti;

• QHT-nin səlahiyyətli nümayəndəsinin şəxsiyyətini təsdiq edənsənədin surəti;

• qrant məbləğinin köçürüləcəyi QHT-nin bank hesabı barədəməlumatlar;

• orta və böyük qrant müsabiqələrinə münasibətdə layihə təqdimedən QHT-nin Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21oktyabr tarixli 654 nömrəli Fərmanı ilə təsdiq edilmiş “AzərbaycanRespublikasının dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyətsahələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fizikişəxslərinə, habelə bələdiyyələrə qrant verə bilən qurumlarınsiyahısı”nda nəzərdə tutulan qurumlardan qrant alıb-almamasıhaqqında məlumat;

• orta qrant müsabiqəsinə münasibətdə layihə təqdim edən QHT-ninson 3 il ərzində fəaliyyəti, həyata keçirdiyi layihələr, habeləproqramlar barədə azı 10 fərqli informasiyanın media subyektlərindəyayılmasını təsdiq edən sənəd;

• böyük qrant müsabiqəsinə münasibətdə layihə təqdim edənQHT-nin müvafiq olaraq son 5 il ərzində fəaliyyəti, həyatakeçirdiyi layihələr, habelə proqramlar barədə müvafiq olaraq azı 20fərqli informasiyanın media subyektlərində yayılmasını təsdiq edənsənəd.

Aşağıdakı layihələr müsabiqəyə buraxılmır:

• məzmunu Azərbaycan Respublikasının Konstitusiyası, AzərbaycanRespublikasının qanunları və digər normativ hüquqi aktları vəAzərbaycan Respublikası Nazirlər Kabinetinin 14 sentyabr 2023-cü iltarixli 327 və 328 nömrəli Qərarları ilə ziddiyyət təşkil edənlayihələr;

• Əvvəllər keçirilən müsabiqələrin nəticələrinə görə dövlətbüdcəsinin vəsaiti hesabına maliyyələşdirilmiş eyni məzmunlulayihələr;

• QHT-nin nizamnamə məqsədlərinə uyğun olmayan layihələr;

• Qrant müqaviləsi üzrə öhdəliklərini pozduğuna görə Agentliktərəfindən müsabiqədə iştirak hüququndan məhrum edilmiş QHT-lərinlayihələri;

• Agentliyin əvvəlki qrant müsabiqələrində qalib olan, öhdəliyiyerinə yetirməyən və debütor borcu olan QHT-lərin layihələri.

Meyarlar:

Texniki ekspertizadan keçdikdən sonra layihələraşağıdakı meyarlar üzrə 100 ballıq sistem üzrəqiymətləndirilir:

• layihənin məqsədinin aydınlığı;

• layihənin innovativliyi;

• layihənin icra müddətinin əsaslandırılması və davamlılığı;

• layihənin büdcəsinin qrant məbləğinə uyğun olması;

• QHT-nin və işçi heyətin müvafiq layihə mövzusuna uyğuntəcrübəsi;

• layihə üzrə risklərin təhlili;

• layihə üzrə benefisiarların düzgün müəyyən edilməsi;

• layihənin icrası zamanı müvafiq tərəfdaşlarla və media iləəməkdaşlıq;

• QHT-nin təqdim etdiyi layihə mövzusunun nizamnamə məqsədlərinəuyğunluğu;

• layihədən gözlənilən nəticələr.

Texniki tələblər:

• QHT-lər layihə təkliflərini Agentliyin saytında xüsusi bölməvasitəsilə elektron qaydada təqdim edir (müvafiq bölmə 2025-ci ilsentyabr 22-dən oktyabrın 22-dək Agentliyin elektron xidmətlərportalında (e-ərizə bölməsi) aktiv olacaq);

• Şəxsən, poçtla və ya e-poçt vasitəsilə təqdim olunan layihətəkliflərinə dair sənədlər qəbul olunmur;

Tövsiyə

• QHT geniş seçim imkanına malikdir, layihə təklifinin kiçik,orta, yoxsa böyük qrant müsabiqəsinə uyğunluğunu özü sərbəstmüəyyən edir, hətta bütün müsabiqələrə uyğun fərqli layihələrtəqdim etməkdə məhdudiyyət yoxdur. Lakin nəzərə alınmalıdır ki,Agentlik eyni QHT-nin təqvim ili ərzində kiçik, orta və böyük qrantmüsabiqələri üzrə yalnız 1 layihəsini maliyyələşdirilə bilər.QHT-nin seçimini düzgün aparması, 1 layihə təklifi üzrə kiçik, ortavə böyük qrant müsabiqələrindən yalnız birinə müraciət etməsitövsiyə edilir.

Məqalədə:
Chosen
37
25
az.trend.az

10Sources