EN

Bölgə yenidən formalaşır: sülhə çox az qaldı

Bakı. Trend:

Cəmi 5 il əvvəl Cənubi Qafqazda sülh ideyası uzun müddətreallıqdan çox utopiya kimi görünürdü. Tarixdə kök salmışmünaqişələr və barışmaz düşmənçilik regionu sanki əbədiqeyri-sabitliyə məhkum etmişdi. Fəqət avqustun 8-də Azərbaycan vəErmənistan arasında Vaşinqtonda əldə olunan razılaşmalar bədbinnarrativi dağıtdı. ABŞ tərəfindən fəal şəkildə təşviq olunan vədəstəklənən məzkur razılaşmalar sadəcə müvəqqəti atəşkəs deyil,görünən odur ki, yeni bir paradiqmanın başlanğıcıdır.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan dünən açıq mətnləifadə etdi.

Paşinyanın bəyanatları İrəvanın siyasi düşüncəsindəki dərindəyişiklikləri əks etdirir. O, bu addımı son deyil, yeni başlanğıckimi görür: “Əminəm ki, bu addımla biz inkişafın yeni gündəminə,yeni ölçüsünə daxil olduq,” - deyə o, hökumət iclasında bildirib.Baş nazirin sözlərinə görə, “işimizin səmərəliliyi daha yüksəkolmalıdır” və qarşıda “konstruktiv, sülhpərvər, yaradıcı fəaliyyət”durur. Bu sözlər sadəcə siyasi ritorika deyil, illərlə Ermənistanüçün qəbuledilməz görünən prinsiplərə əsaslanan proqram xarakterlivizyondur.

Paşinyanın hökumət iclasındakı çıxışı siyasi praqmatizmin dövlətdəyərinə çevrilməsinin klassik nümunəsidir. Baş nazir ilk olaraqtarixi faktı təsdiqlədi: “Mən hökumət üzvlərinin hamısınıErmənistan və Azərbaycan arasında sülhün qurulması münasibətilətəbrik etdim.” Bu qısa cümlə böyük semantik gücə malikdir. O, otuzillik münaqişə paradiqmasından şüurlu imtinanı və Azərbaycanınartıq “düşmən” deyil, sülh münasibətləri qurulan suveren qonşu kimiqəbul edilməsini ifadə edir.

Nikol Paşinyanın təsvir etdiyi qərar qəbuletmə prosesi isəErmənistan elitası daxilində deliberativ demokratiyanınelementlərini nümayiş etdirir. O, hökumətlə, genişləndirilmişTəhlükəsizlik Şurası ilə, prezident və parlament üzvləri iləaparılan məsləhətləşmələrdən danışır. “Biz bu addımı atmağın zəruriolduğu qənaətinə gəldik,” - deyə o bəyan edir. Bu, olduqca mühümməqamdır. Vaşinqton razılaşmaları revanşist dairələrin təqdimetməyə çalışdığı kimi spontan kapitulyasiya deyil, mövcud modeliniflasa uğradığını anlayan elitanın ölçülüb-biçilmiş, kollektivstrateji seçimidir.

Paşinyanın bəyanatları İrəvanın siyasi düşüncəsindəki dərindəyişiklikləri əks etdirir. O, bu addımı son deyil, yeni başlanğıckimi görür: “Əminəm ki, bu addımla biz inkişafın yeni gündəminə,yeni ölçüsünə daxil olduq,” - deyə o, hökumət iclasında bildirib.Ermənistanın baş nazirinin sözlərinə görə, “işimizin səmərəliliyidaha yüksək olmalıdır” və qarşıda “konstruktiv, sülhpərvər,yaradıcı fəaliyyət” durur. Bu sözlər sadəcə siyasi ritorika deyil,illərlə Ermənistan üçün qəbuledilməz görünən prinsiplərə əsaslananproqram xarakterli vizyondur.

Paşinyanın “yeni inkişaf gündəmi” və “yeni inkişaf ölçüsü”nədaxil olma bəyanatları onun “problematik” adlandırdığı keçmişinnəticəsidir. O etiraf edir ki, “Qarabağ hərəkatı uzun müddətErmənistanın suverenliyini və dövlətçiliyini möhkəmləndirməyə maneolan bir alət kimi istifadə olunub.” Bu, bütöv bir epoxanınüzərindən xətt çəkməkdir. Bu cür özünütənqid əslində göstərir ki,beynəlxalq hüququn normalarına zidd ərazi iddialarına köklənməkErmənistan dövlətçiliyinin öz əsaslarını sarsıdıb. Bu mənadaVaşinqton razılaşmaları beş prinsip üzərində qurulub: ərazibütövlüyü, suverenlik, yurisdiksiya, sərhədlərin toxunulmazlığı vəqarşılıqlılıq. Bəhs olunan prinsiplər beynəlxalq hüququn jus cogens- yəni məcburi normalarına fundamental dönüşdür.

Militarist gündəmdən BMT Nizamnaməsində təsbit olunmuş suverenbərabərlik və sərhədlərin dəyişməzliyi prinsiplərinə keçid yalnızCənubi Qafqaz üçün deyil, bütün beynəlxalq münasibətlər sistemiüçün yeni presedent yaradır. Paşinyan xalqını “bunu keçmişdəqoymağa” çağıraraq əslində düşüncə inqilabına səsləyir. Onun bukursla razılaşmayanlara “inqilab etmək” çağırışı isə radikalqüvvələrə və itirilmiş imperiya nostaljisinə atılan açıq bir meydanoxumadır.

Vaşinqton razılaşmalarının ən əhəmiyyətli və praqmatikməqamlarından biri kommunikasiya xətlərinin açılması və sərhədnəzarətinin sadələşdirilməsidir. Paşinyanın Ermənistanın“sadələşməni yalnız Ermənistan–Azərbaycan sərhəd məntəqələrindədeyil, bütün sərhəd məntəqələrində tətbiq edəcəyik” bəyanatı,regional və qlobal iqtisadi əlaqələrə inteqrasiya niyyətini nümayişetdirir. Bu addım “biznes mühiti - ixrac, idxal, tranzit”inasanlaşdırılmasına yönəlib və Ermənistanın onillərlə yaşadığıiqtisadi təcriddən çıxması üçün həlledici əhəmiyyət daşıyır.

Belə iqtisadi açıqlıq sadəcə praqmatik seçim deyil,izolyasionizm və proteksionizmdən fəlsəfi uzaqlaşmadır. Bu siyasətErmənistanı illərlə durğunluğa sürükləmişdi. İndi həm fiziki, həmdə psixoloji baryerlərin aşılması davamlı iqtisadi inkişafın zərurişərtidir. Burada Avropa İttifaqının təcrübəsi ilə paralel aparmaqolar: Kömür və Polad Birliyi ilə başlanmış iqtisadi inteqrasiyasonradan siyasi əməkdaşlığın, nəhayət isə uzunmüddətli sülh vərifahın təməl daşına çevrildi.

Paşinyanın ən dərin məzmunlu bəyanatı isə yeni gələcəyəbaxışıdır: “Əminəm ki, bu addımla biz inkişafın yeni gündəminə,yeni ölçüsünə daxil olduq.” “Yeni inkişaf ölçüsü” anlayışı sadəcəiqtisadi artımı nəzərdə tutmur. Bu, Ermənistan dövlətçiliyininontologiyasının transformasiyası deməkdir. Əvvəlki “ölçü” mühasirəpsixologiyası, militarizasiya və diasporadan asılılıq üzərindəqurulmuşdusa, yeni ölçü açıqlıq, regionda connectivity və suverenbərabərlik prinsiplərinə əsaslanır.

Ermənistanın baş naziri “ictimai kommunikasiyanın” əhəmiyyətinixüsusi vurğulayır: “Hətta ən böyük nailiyyətlər də problematikdir,əgər bu uğurların genezisi ictimaiyyətə aydın deyilsə”. Bu tezisdemokratik idarəçiliyin bünövrə daşıdır. Cəmiyyətin mürəkkəb siyasiqərarların legitimliyini və zəruriliyini qəbul etməsi həminqərarların uğurunun qarantıdır. Bu isə xüsusən postmünaqişəcəmiyyətlərində aktualdır. Çünki tarixi travmalar və emosionalyaralar asanlıqla destabilizasiya üçün istifadə oluna bilər.

Sülhün faydaları və suverenliyə hörmətə əsaslanan iqtisadiəməkdaşlığın üstünlükləri barədə cəmiyyətlə açıq dialoq aparmaqradikal meyllərə və revanşist ideyalara qarşı ən effektiv yoldur.Paşinyan yaxşı anlayır ki, ictimai dəstək olmadan hətta ən müdriksiyasi qərarlar belə uğursuzluğa məhkumdur.

O, ictimai diskursun həlledici əhəmiyyətini dərk etdiyini dəgöstərir: “Hətta ən böyük nailiyyətlər də problematikdir, əgər buuğurların genezisi ictimaiyyətə aydın deyilsə.” Bu aristokratikdəqiqliklə ifadə olunmuş cümlədir və hər hansı hökumətin üzləşdiyiçətinliyi əks etdirir: zəruri, lakin populyar olmayan islahatlarıhəyata keçirmək. Sülhün legitimliyi onun hüquqi çərçivəsi qədərdəqiqliklə qurulmalıdır.

Paşinyan sərhəd prosedurlarının sadələşdirilməsi ilə bağlısonrakı şərhlərində grand strategy səviyyəsindən konkret siyasətmüstəvisinə keçir. Onun “bütün nəzarət-buraxılış məntəqələrində, ocümlədən Ermənistan–Azərbaycan sərhəd-keçid məntəqələrindəprosedurların sadələşdirilməsi” barədə qərarı niyyətlərininsəmimiliyini təsdiqləyən ən güclü siqnaldır.

Bu, sadəcə texniki tədbir deyil. Bu, iqtisadi inteqrasiya vərifah naminə sərhəd nəzarətində öz suveren səlahiyyətlərini könüllüməhdudlaşdırmaq aktıdır. Paşinyan bunu birbaşa “biznesin aparılmasıüçün ən uyğun və vacib mühitin yaradılması” ilə əlaqələndirir.Burada klassik liberal beynəlxalq münasibətlər nəzəriyyəsinin aydıntəsiri görünür: ticarət və qarşılıqlı asılılıq uzunmüddətli sülhüntəminatıdır. Bu yanaşma Maarifçilik dövrünün məşhur “doux commerce”ideyasına - yəni kommersiyanın əxlaqları yumşaltdığına dair tezisəaçıq istinaddır.

Ən başlıcası isə onun Vaşinqton Bəyannaməsində təsbit olunmuşprinsiplərə birbaşa istinadıdır: “ərazi bütövlüyü, suverenlik,yurisdiksiya, sərhədlərin toxunulmazlığı və qarşılıqlılıq.” Məhz bunormativ çərçivə yeni Cənubi Qafqazın üzərində qurulmalı olduğuəsasdır. Bu prinsiplərin hər biri müasir beynəlxalq hüququn bünövrədaşıdır və BMT Nizamnaməsində (Maddə 2(1), 2(4), 2(7)) əksinitapıb.

Ərazi bütövlüyü prinsipi separatizm və irredentizmin əksidir,hansı ki, onilliklər boyu bölgədə qeyri-sabitliyin mənbəyi olub.Suverenlik və yurisdiksiya dövlətin beynəlxalq səviyyədə tanınmışsərhədləri daxilində müstəsna hakimiyyətini vurğulayır. Sərhədlərintoxunulmazlığı 1975-ci il Helsinki Yekun Aktının mirasıdır vəAvropada güc yolu ilə sərhədlərin dəyişdirilməsi dövrünə sonqoymuşdu. Nəhayət, qarşılıqlılıq diplomatiyanın və hüququn əsasprinsiplərindən biridir, öhdəliklərin simmetriyasını və tərəflərinbərabərliyini təmin edir.

Ermənistanın bu prinsipləri Azərbaycanla münasibətlərkontekstində qəbul etməsi tarixi əhəmiyyət daşıyır. Bu, de-fakto vəde-yure Azərbaycanın bütün əraziləri üzərində suverenliyininqanuniliyinin tanınmasıdır. Başqa sözlə, bu addım Qarabağmünaqişəsinin mirası ilə həm hüquqi, həm də siyasi planda sonuncuvə qəti vidalaşmadır.

Nikol Paşinyanın ən çox rezonans doğuran və şəxsi çalar daşıyanbəyanatı “Qarabağ hərəkatı” dövrünün başa çatdığını elan etməsioldu. Bu, sadəcə siyasi manevr deyil; bu, tarixi revizionizm vəmilli katarzis aktıdır.

Onun şəxsi etirafı - “Mən 7-ci sinifdən Qarabağ hərəkatındaiştirak etmişəm” - sonrakı açıqlamasına böyük mənəvi yükverir. Bu, kənardan müşahidəçinin deyil, həyat yolu birbaşa buhərəkatla bağlı olan şəxsin sözləridir. Məhz buna görə də onunverdikti bu hadisə ətrafında illərlə formalaşdırılmış mifologiyanıdağıdıcı gücə malikdir: “amma hesab edirəm ki, biz bunu keçmişdəqoymalıyıq”.

Onun diaqnozu birmənalı və dəqiqdir: “Qarabağ hərəkatı uzunmüddət Ermənistanın suverenliyini və dövlətçiliyinimöhkəmləndirməyə mane olan bir alət kimi istifadə olunub.” Bu, əsastezisdir. Paşinyan bildirir ki, onilliklər boyu xaricdə separatizmidəstəkləmək kimi ximerik məqsəd əslində Ermənistan Respublikasınınsuverenliyini zəiflədib, onu həddən artıq ağır yükün, beynəlxalqtəcridin və daimi hərbi təhlükənin girovuna çevirib. Bu, geosiyasifaciənin ideal təcəssümüdür: zahirən “müqəddəs” görünən hədəflərözünü məhvə aparır.

Onun çağırışı - “Əgər vətəndaşlar bunun yanlış olduğunu hesabedirlərsə, mən onları inqilab etməyə çağırıram” - birbaşademokratiyaya müraciət və siyasi cəsarət nümunəsidir. O, özünü vəsiyasətini xalqın mühakiməsinə çıxarır, parlament intriqalarıdeyil, ideyaların və iradələrin açıq toqquşmasını təklif edir. Buisə siyasi məsuliyyətin ən yüksək ifadəsidir.

Nikol Paşinyan postsovet tarixində dövlətin yenidən təsisiistiqamətində ən radikal və cəsarətli cəhdlərdən birinə imza atır.Onun strategiyası milli irredentizmdən kəskin qopuş və beynəlxalqhüquq prinsiplərinə əsaslanan modernist, praqmatik və suverendövlət seçimi kimi görünür.

Bu yolun bənzərliyini müharibədən sonrakı Almaniya vəYaponiyanın transformasiyasında görmək olar. Hər iki ölkə millifəlakət yaşadıqdan sonra militarist və ekspansionist ritorikadanimtina etdi, sülhpərvərlik, hüququn aliliyi və regional iqtisadiinteqrasiya prinsipləri əsasında “iqtisadi möcüzələr” yaratdı.(Məsələn, Avropa Kömür və Polad Birliyi sonradan Avropa İttifaqınıntəməl daşına çevrildi).

Paşinyanın rəhbərliyi ilə Ermənistan da oxşar trayektoriyaseçir: ərazi iddialarını iqtisadi imkanlara və suverenliyədəyişmək, münaqişə ritorikasını əməkdaşlıq ritorikasına dəyişmək,təcridi connectivity ilə əvəzləmək.

Azərbaycan üçün isə bu transformasiya qonşuda çoxdan gözlənilənvə yeganə mümkün möhkəm sülh əsasıdır. Çünki Azərbaycan uzunillərdir məhz bu prinsipləri - ərazi bütövlüyü, sərhədlərintoxunulmazlığı və öz suverenliyinin bərpası məsələlərini ardıcıl vəqətiyyətlə müdafiə edib. Bu, Bakının ardıcıl və qanuni xaricisiyasətinin parlaq zəfəridir.

Beynəlxalq ictimaiyyət, xüsusən ABŞ və Avropa İttifaqı üçün buprosesdə vasitəçilik rolu böyük uğur potensialı daşıyır. Bu, ənköhnə münaqişələrin belə beynəlxalq hüquq normalarına ciddi əməletməklə və siyasi iradə göstərməklə həll edilə biləcəyini sübutedir.

8 avqustda Vaşinqtonda başlanan epoxanın adı sadəcə “sülh”deyil. Bu, yeni regional reallığın doğuluşudur. Əgər Ermənistanxalqı kifayət qədər müdriklik və cəsarət göstərib liderininarxasınca bu “yeni ölçüyə” doğru addımlayarsa, bütün Cənubi Qafqaznəhayət ki, sivilizasiyalar arasında körpü rolunu oynamaq, yoxsaonların döyüş meydanı olmaq dilemmasını geridə qoyaraq öz nəhəngpotensialını reallaşdıra bilər.

Chosen
10
5
az.trend.az

6Sources