Olaylar.az xəbər verir ki, bu barədə "Bloomberg"in məqaləsində qeyd olunur.
Nəşr yazır ki, hələ avqustun 21-də UkraynaPrezidenti Volodimir Zelenski Çinin təhlükəsizlik qarantı kimi çıxış edə bilməcəyini dedi. ZelenskiPekinin müharibənin başlamasından sonra Kiyevə deyil, Moskvaya dəstək verdiyini vurğuladı. Bu səbəbdən Lavrovun tələbi sülh danışıqlarını çətinləşdirir.
Adı açıqlanmayan bir neçə yüksək səviyyəli Avropa rəsmisi "Bloomberg"ə bildirib ki, Rusiya XİN başçısının açıqlaması sülhü qəsdən pozma cəhdi kimi qiymətləndirilir. Lavrovun bəyanatları RusiyaPrezidenti Vladimir Putinin sülh niyyətini şübhə altına alır.
Agentliyin mənbələri həmçinin Kremlin Ağ Evi Ukraynaya təhlükəsizlik zəmanəti vermək ideyasından imtina etməyə inandırmağa çalışa biləcəyini yazıb. O cümlədən, Moskvanın Putin-Zelenski danışıqlarını dəstəkləmədiyi, ABŞ-ın tətbiq etdiyi sanksiyaları aradan qaldırmaq üçün sadəcə iki ölkənin aşağı səviyyəli rəsmilərin görüşünü təşkil etməyə cəhd göstərəcəyi qeyd olunur.