EN

The Economist: Aİ Trampın Nobel arzularından Ukrayna sülhü üçün istifadə edə bilər - ÖZƏL

Avropa İttifaqı ABŞ prezidenti Donald Trampın Nobel Sülh Mükafatına sahib olmaq istəyindən Ukraynadakı münaqişənin həllində faydalana bilər. Olaylar.az xəbər verir ki, bu barədə The Economist nəşri yazıb. Məqalədə qeyd olunur ki, Avropa liderləri Trampın Nobelə namizədliyini açıq şəkildə dəstəkləməli, hətta komitəyə onun mükafata layiq görülməsini tövsiyə edən məktublar göndərməlidirlər. Baxmayaraq ki, Nobel namizədliklərinin böyük əhəmiyyəti yoxdur - çünki yüz minlərlə alim, professor və digər şəxslər istənilən namizədliyi irəli sürə bilirlər, Avropanın bu addımı Trampı Ukraynadakı münaqişənin həllində daha fəal rol almağa sövq edə bilər. Bununla yanaşı, nəşr vurğulayır ki, Aİ real olaraq Nobel komitəsinə təsir edə bilməz. Çünki mükafatın qalibinə qərar beş norveçli ictimai-siyasi xadim tərəfindən qəbul olunur.
Xatırladaq ki, 15 avqustda NBC telekanalı Ağ Ev rəsmisinə istinadən Trampın Nobel Sülh Mükafatını çox istədiyini, lakin buna nail olacağına inanmadığını xəbər vermişdi. Daha əvvəl Norveç mediası isə Trampın Nobel mükafatı ilə bağlı Norveçin maliyyə naziri və keçmiş NATO baş katibi Yens Stoltenberqlə telefonla danışdığını bildirmişdi. Ağ Ev nümayəndəsi sözügedən danışığı təsdiqləsə də, mövzu barədə ətraflı açıqlama verməmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
100
50
olaylar.az

10Sources