EN

Xidmət rəisinin müavini vəzifədən çıxarılıb

Xidmət

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin (ETX) rəis müavini Tofiq Cəfərli vəzifəsindən azad edilib.

Reyting.az
xəbər verir ki, bu barədə “APA-Economics”in əldə etdiyi məlumatı ETX-dan da təsdiqləyiblər.

Qurumdan bildirilib ki, hələlik T.Cəfərlinin yerinə təyinat olmayıb.

Qeyd edək ki, ötən gün ETX-nin rəisi Samir Rəsulov da vəzifəsindən azad edilib və onun yerinə Fərid Zeynalov qurumun rəhbəri təyin olunub.
Chosen
79
16
reyting.az

10Sources