EN

Bu maşınları alarkən diqqətli olun: 200 min yürüşə çatmadan problem yaranır - FOTO

Avtomobil alarkən qiymət, dizayn və performansla yanaşı, davamlılıq da mühüm rol oynayır.

Avtosfer.az xəbər verir ki, bəzi modellər 300 min kilometrdən çox problemsiz işləsə də, bəziləri 200 min kilometrə çatmadan ciddi nasazlıqlarla üzləşirlər. Bu mövzuda Avropalı mütəxəssislər öz araşdırmalarının nəticələrini ortaya qoyublar. Nəticələr göstərir ki, son illərdə xüsusilə istifadəçi şikayətlərinə əsasən, qeyd olunan avtomobil modelləri sürücülər üçün riskli hesab olunur: “Nissan Altima”, “BMW 3 seriyası”, “Land Rover Discovery”, “Fiat 500”, “Mini Cooper”, “Jeep Wrangler”, “Chrysler 200”, “Volkswagen Tiguan”, “Tesla Model S”, “Ford Fiesta”.

Ekspertlər xəbərdarlıq edirlər ki, xüsusilə işlənmiş avtomobil alarkən dayanıqlılıq araşdırmalarını laqeyd qoymaq olmaz. 200 min kilometrə çatmadan nasazlıq göstərən avtomobil həm təhlükəsizlik riski, həm də baha təmir xərcləri yarada bilər.
Mütəxəssislər sürücülərə avtomobil seçərkən yalnız görünüş və xüsusiyyətlərə deyil, həm də müstəqil testlərə və istifadəçi rəylərinə diqqət yetirməyi tövsiyə edirlər.

Eltac Zülfüqaroğlu

Chosen
7
2
avtosfer.az

3Sources