ain.az, Baku.ws portalına istinadən məlumat yayır.
ABŞ-nin Kaliforniya ştatında Lake Tahoe bölgəsində kamp edən bir şəxs vəbaya yoluxub.
BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, xəstəliyin yüksək ehtimalla yoluxmuş bir birə dişləməsi nəticəsində keçdiyi bildirilib. Hazırda xəstə evdə müalicə olunur və vəziyyəti yaxından izlənilir.
Məlumata görə, ABŞ-də hər il orta hesabla 7 vəba halı qeydə alınır.
Qeyd edək ki, vəba Yersinia pestis bakteriyasından yaranır və əsasən birə dişləməsi və ya infeksiyalı heyvanlarla təmas yolu ilə yayılır. Erkən diaqnoz edilərsə, xəstəlik antibotiklərlə müalicə oluna bilir.
Ekspertlər xüsusilə vəhşi gəmiricilərin olduğu bölgələrdə insanların və ev heyvanlarının diqqətli olmasını tövsiyə edir.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.