EN

ETSN rəsmiləri Güzdək qəsəbəsində baş verən əraziyə cəlb olunub

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Monitorinq Mərkəzinin mütəxəssisləri Güzdək qəsəbəsində yanğın baş verən əraziyə cəlb olunub.

Day.Az xəbər verir ki, bu barədə Nazirlik məlumat yayıb.

Bildirilib ki, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində boya istehsalı zavodunda

Baş verən yanğınla bağlı atmosfer havasına atııan emissiyaların monitorinqinin və ölçmə işlərinin aparılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Monitorinq Mərkəzinin mütəxəssisləri ərazidədirlər.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində boya istehsalı zavodunda yanğın baş verməsi barədə ilkin məlumat daxil olub. Yanğından mühafizə bölmələrinin operativ müdaxiləsi sayəsində yanğının yayılmasının qarşısı alınıb.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Chosen
25
1
day.az

2Sources