EN

PTX mayorunun ölüm səbəbi məlum oldu- FOTO

Prezidentin Təhlükəsizlik Xidmətinin (PTX) zabiti, mayor Erkin Ələkbərovun ölüm səbəbi məlum olub. 

Avtosfer.az unikal-a istinadən xəbər verir ki, 36 yaşlı mayor xidməti vəzifəsini yerinə yetirərkən ürəktutmadan vəfat edib. 

Məlum olub ki, E.Ələkbərovun atası da 48 yaşında eyni səbəbdən dünyasını dəyişib. O, da həmçinin XDMX-nin (indiki PTX) polkovnik-leytenantı olub. 

Erkin Ələkbərov Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb, daha sonra Milli Qvardiyada xidmət edib.

Onun 5 yaşında qızı və 1 yaşında oğlu var.

Qeyd edək ki, zabit Azərbaycan Milli Karate yığmasının üzvü, Dünya və Avropa çempionatlarının bürünc mükafatçısı və İslam Oyunlarının qızıl medalçısı Tural Ələkbərlinin qardaşıdır.PTX

PTX

Chosen
34
9
avtosfer.az

10Sources