EN

Şri-Lankanın keçmiş prezidenti həbs edilib

Şri-Lankanın keçmiş prezidenti Ranil Vikremesinqhe avqustun 22-də dövlət vəsaitlərindən səmərəsiz istifadə ittihamı ilə həbs edilib.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

R.Vikremesinqhe dövlət başçısı olduğu dövrdə, 2023-cü ilin sentyabrında həyat yoldaşı ilə birgə Londona səfəri ilə bağlı dindirildikdən sonra saxlanılıb.

Polis zabitlərindən biri bildirib ki, keçmiş prezidentə dövlət resurslarından şəxsi məqsədlər üçün istifadə etmək ilə bağlı ittiham irəli sürülüb.

Xatırladaq ki, R.Vikremesinqhe 2023-cü ildə G77 sammitində iştirak etdiyi Havanadan qayıdarkən Londonda dayanıb.

Polis Cinayət Araşdırmaları Departamenti bildirib ki, R.Vikremesinqhe şəxsi səfəri üçün dövlətə məxsus vəsaitdən istifadə edib.

Qeyd edək ki, Ranil Vikremesinqhe 20 iyul 2022-ci ildən 23 sentyabr 2024-cü ilədək Şri-Lankanın prezidenti vəzifəsində çalışıb. Onu 2024-cü ilin sentyabrında keçirilən seçkilərdən sonra bu vəzifədə Anure Kumare Dissanayake əvəz edib.

Chosen
11
6
bakivaxti.az

7Sources