EN

“AzərEnerji” rəsmisi: Kəlbəcərdə yeni istifadəyə verilən 3 KSEK-in illik istehsal gücü 68 milyon kVt/saatdır

Kəlbəcərdə yeni istifadəyə verilən 3 kiçik su elektrik stan siyasinin illik istehsal gücü 68 milyon kVt/saatdır.

“Report”un Kəlbəcərə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu “AzərEnerji” ASC Yaşıl enerji elektrik sitansiyalarının baş mühəndisi Razim Qasımovjurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, “Aşağı Vəng”, “Nadirxanlı” və "Çaykənd" kiçik su elektrik stansiyalarının illik istehsal gücü 68 milyon kVt/saatdır:

“İstehsal olunan elektrik enerjisi Kəlbəcərin 25 min əhalisini elektrik enerjisi ilə təmin edir. Stansiyada çalışanlar da Kəlbəcər sakinləridir. Ümumilikdə “Aşağı Vəng”, “Nadirxanlı” və "Çaykənd" kiçik su elektrik stansiyalarının illik istehsal gücü 68 milyon kVt/saatdır”.

Qeyd edək ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 21-də Kəlbəcər rayonunun Vəng kəndində “AzərEnerji” ASC-nin “Aşağı Vəng”, “Nadirxanlı” və "Çaykənd" kiçik su elektrik stansiyalarının açılışında iştirak ediblər.

Chosen
2
report.az

1Sources