EN

Britaniya altı ədəd zenit-raket kompleksi alacaq

 

Böyük Britaniya 118 milyon funt sterlinq dəyərində “Land Ceptor” zenit-raket komplekslərini (ZRK) alır. Bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi məlumat yayıb.

"Bu gün Müdafiə Nazirliyi altı yeni “Land Ceptor” zenit-raket kompleksi əldə etməklə Böyük Britaniyanın hava hücumundan müdafiəsini gücləndirəcəyini elan edib. 118 milyon funt sterlinq dəyərində alış ölkənin şimal-qərbində yeni iş yerlərinin açılmasını və inkişafı təmin edəcək", - məlumatda bildirilir.

Komplekslərin tədarükçüsü MBDA şirkəti olacaq. Komplekslər həm müstəqil şəkildə, həm də Böyük Britaniyanın “Sky Sabre” hava hücumundan müdafiə sisteminin komponenti kimi istifadə edilə bilər.

 

Chosen
8
3
anews.az

4Sources