EN

Bankda növbədənkənar ümumi yığıncaq keçiriləcək

25 sentyabr 2025-ci il tarixində “Kapital Bank” AS Səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Marja xəbər verir ki, gündəlikdəki məsələ  “Kapital Bank” ASC tərəfindən 2024-cü ilin maliyyə ilinin yekunlarına əsasən səhmdarlara dividend ödənilməsi haqqında və sigər məsələdir.

Yığıncaq Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 153 ünvanında yerləşən “Port Baku Towers 2” ofisində keçiriləcək. 

28 iyul 2025-ci il tarixində “Kapital Bank” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəyi açıqlanmışdı. Səhmdarların növbədənkənar ümumi yığıncağının gündəliyinə "“Kapital Bank” ASC tərəfindən 2024-cü il üzrə maliyyə ilinin yekunlarına əsasən səhmdarlara dividend ödənilməsi barədə" məsələ daxil edilmişdi.

 “Kapital Bank” ASC-nin 31 dekabr 2024-cü il tarixində başa çatan il üzrə müstəqil auditorun hesabatı ilə birlikdə konsolidasiya edilmiş maliyyə hesabatlarına görə, Bank ötən ili 239 milyon 182 min manat xalis mənfəət ilə başa vurub.

2024-cü ilin sonuna olan məlumata görə, "Kapital Bank"ASC-nin nizamnamə kapitalının 99,89%-i "PAŞA Holdinq" MMC-yə, 0.11%-i fiziki şəxslərə məxsusdur.

səhmdarlardividend
Chosen
35
marja.az

1Sources