EN

BP Azərbaycanda yerli kadrların yetişdirilməsinə dəstək məqsədli sosial layihəsini başa çatdırdı

BAKI, 22 avqust. TELEQRAF

Bu gün BP Azərbaycanda yüksək ixtisaslı yerli kadrların yetişdirilməsinə dəstək məqsədli sosial sərmayə layihəsinin üçüncü mərhələsinin başa çatdığını elan edib.

Teleqraf xəbər verir ki, bu təhsil layihəsi BP-nin dünya səviyyəli yerli mütəxəssislər yetişdirməklə ölkənin dayanıqlı gələcəyinə töhfə vermək öhdəliyinin bir hissəsidir.

Əvvəlki mərhələlərin uğuruna əsaslanaraq, layihənin üçüncü mərhələsində 30 istedadlı azərbaycanlı gəncə dəstək verilib və onların hamısı Avropanın, Asiyanın və ABŞ-nin nüfuzlu beynəlxalq universitetlərinə qəbul olublar. İştirakçılardan 10-u bakalavr proqramlarına, 20-si isə magistr pilləsi üzrə müraciət edib.

Layihə iştirakçıları Bilkent Universiteti, London İmperial Kolleci, Kembric Universiteti, London Universitet Kolleci (UCL), Sinqapur Milli Universiteti, Kolumbiya Universiteti, Kaliforniya Universiteti, Berkli (UCB), Cons Hopkins Universiteti, Mançester Universiteti, Bolonya Universiteti, Honq Konq Universiteti və Koreya Qabaqcıl Elm və Texnologiya İnstitutu (KAIST) kimi dünyanın ən yüksək reytinqli universitetlərinə və digər nüfuzlu ali təhsil müəssisələrinə qəbul olublar. Bu nəticələr iştirakçıların yüksək akademik potensialını və layihə çərçivəsində göstərilən dəstəyin effektivliyini əks etdirir.

Layihə iştirakçıları az təminatlı ailələrdən seçiliblər. Layihə çərçivəsində onlara SAT və IELTS testlərinə və qəbul imtahanlarına hazırlıq təlimləri, həmçinin beynəlxalq tələbələrə tam təqaüd təklif edən universitetlərə müraciət etmək üçün təlimatlandırma daxil olmaqla hərtərəfli dəstək göstərilib. Nəticədə, 30 tələbədən 24-ü artıq müxtəlif mənbələrdən təqaüd qazanıb, qalan 6 nəfərin təqaüd müraciətləri isə hazırda nəzərdən keçirilir.

Gənc istedadların nailiyyətlərini qeyd etmək münasibətilə bu günkeçirilən tədbirdə layihə iştirakçılarına sertifikatlar verilmiş vəonlar öz gələcək planları ilə bağlı fikirlərini bölüşmüşlər.

BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli layihənin bağlanış mərasimində bildirdi ki, bu təşəbbüsün davamlı uğurlarını görmək məmnunluq verir :

“Layihə Azərbaycanın istedadlı gənclərinə dəstək olmaqla ölkəninparlaq gələcəyinin formalaşmasına töhfə verir. Dünyanın ənnüfuzlu universitetlərinə qəbul olan tələbələrin sayının artmasıonların istedadını və əzmkarlığını, eləcə də təhsilə sərmayəqoymağın vacibliyini bir daha təsdiqləyir. Biz milli kadrlarıninkişafını dəstəkləmək və Azərbaycanın dayanıqlı, firavangələcəyinə töhfə vermək öhdəliyimizə sadiqik.”

Ümumi dəyəri 150 000 AZN (88235 ABŞ dolları) olan üçüncü mərhələnin müddəti 11 ay (2024-cü ilin avqustundan 2025-ci ilin iyuluna qədər) idi.

Layihə yerli təşkilat olan “ROOF Academic Training” tərəfindən həyata keçirilib.

Chosen
65
6
teleqraf.com

10Sources