EN

Yeni dərs ilinin tədris planı belə olacaq - SİYAHI

Redaktor.az 2025-2026-cı tədris ili üçün tədris planlarına dair qeydləri təqdim edir:

1. Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrində tədrisi nəzərdə tutulan xarici dil (dillər) ingilis, alman, fransız, rus, ərəb və fars dilləri arasından seçilir.

2. Tədris dilindən asılı olmayaraq, bütün ümumi təhsil müəssisələrində xarici dilin tədrisi I (birinci) sinifdən başlanır. Tədrisi I (birinci) sinifdən başlanan xarici dil şagirdin ümumi təhsil müəssisəsində öyrəndiyi əsas xarici dil hesab edilir.

3. Xarici dilin (dillərin) tədrisi üçün müəssisədə müvafiq pedaqoji kadr potensialının olması zəruri şərt hesab edilir.

4. Tədris planlarına dair qeydlərin (bundan sonra - Qeydlər) 3-cü bəndində nəzərdə tutulan şərt ödənilməklə bir neçə xarici dil tədris olunan ümumi təhsil müəssisəsində övladı üçün müvafiq xarici dil onun valideyni və ya digər qanuni nümayəndəsi tərəfindən seçilir. 

Valideynlərin və ya digər qanuni nümayəndələrin seçimi ilə bağlı zərurət yaranarsa, eyni sinifdə iki xarici dil qrupu təşkil oluna bilər. Bu halda aşağıdakılar nəzərə alınmalıdır:

4.1. həmin sinfin bu Qeydlərin 21-ci bəndində nəzərdə tutulmuş qayda üzrə 2 (iki) qrupa bölünməsi;
4.2. bu qrupların dil seçiminə görə bərabər şagird sayı, yaxud qismən az say fərqi ilə komplektləşdirilməsi;
4.3. ümumi təhsil müəssisəsində həmin xarici dillərin hər biri üzrə ən azı iki nəfər müəllimin olması.

5. İkinci xarici dil tədris Azərbaycan dilində aparılan ümumi təhsil müəssisələrində V-XI (beşinci-onbirinci), tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində X-XI (onuncuonbirinci) siniflərdə tədris olunur.

6. Müvafiq pedaqoji kadr potensialı olduğu halda, ikinci xarici dilin tədrisindən və öyrənilməsindən imtina olunması yolverilməzdir.

7. İkinci xarici dilin tədrisini təmin etmək məqsədilə əməkhaqqı mövcud qaydada ödənilməklə digər təhsil müəssisələrindən müəllim dəvət oluna bilər.

8. I və V (birinci və beşinci) siniflərdən başlayaraq tədris edilən xarici dillərin növbəti siniflərdə dəyişdirilməsinə yol verilmir.

9. Əsas xarici dil tədris olunan, lakin ikinci xarici dil tədris edilməyən ümumi təhsil müəssisələrində ikinci xarici dilə ayrılan saat (saatlar) əsas xarici dilin öyrənilməsinə verilir.

10. Xarici dil (dillər) üzrə müvafiq pedaqoji kadr potensialı olmadığı halda, əsas və ikinci xarici dillərə ayrılan saatlar aşağıdakı fənlərin tədrisinə verilir:
10.1. ibtidai siniflərdə tədris dilinin;
10.2. tədris Azərbaycan dilində aparılan V (beşinci) siniflərdə hər birinə 1 (bir) saat olmaqla tədris dilinin, riyaziyyat və informatika fənlərinin, tədris digər dillərdə aparılan V (beşinci) siniflərdə tədris dilinin və riyaziyyat fənninin;
10.3. tədris Azərbaycan dilində aparılan VI-IX (altıncı-doqquzuncu) siniflərdə hər birinə 1 (bir) saat olmaqla tədris dilinin, riyaziyyat, informatika və Azərbaycan tarixi fənlərinin, tədris digər dillərdə aparılan VI-IX (altıncı-doqquzuncu) siniflərdə tədris dilinin, riyaziyyat və informatika fənlərinin;
10.4. X-XI (onuncu-onbirinci) siniflərdə hər birinə 1 (bir) saat olmaqla tədris dilinin, riyaziyyat, kimya, fizika, coğrafiya və Azərbaycan tarixi fənlərinin.

11. Qeyd olunan fənlər üzrə ümumi təhsil müəssisəsində ixtisaslı müəllim olmadıqda, nəzərdə tutulan saat (saatlar) pedaqoji şuranın qərarına əsasən digər fənnin (fənlərin) tədrisinə verilir.

12. Dərsdənkənar məşğələlərdə şagird sayının aşağı həddi 8 (səkkiz) nəfər olaraq müəyyənləşdirilir və bütün sinif cəlb olunur.

13. Fənnin (fənlərin) tədrisinə ayrılan saatlar istisna olmaqla hər hansı bir sinifdə şagirdlərinin sayı dərsdənkənar məşğələ qrupu təşkil etmək üçün müəyyən edilmiş normadan az olduqda həmin dərsdənkənar məşğələ qrupuna yaxın 2 və ya 3 sinfin (məsələn, V-VI, V-VIVII və s.) şagirdlərinin cəlbinə icazə verilir. Tədris ili ərzində sinifdə (qrupda) şagird sayının azalması dərsdənkənar məşğələnin fəaliyyətinin davam etdirilməsinə təsir göstərmir.

14. Dərsdənkənar məşğələlərə ayrılan saatlar şagirdlərdə iqtisadi və maliyyə savadlılığı, mənəviyyat, insan hüquq və azadlıqları, həyat fəaliyyətinin təhlükəsizliyi və s. üzrə bilik və bacarıqların mənimsənilməsinə xidmət edən müvafiq kursların tədrisinə verilə bilər.

15. Müəyyən edilmiş ümumi təhsil müəssisələrinin II-IV (ikinci-dördüncü) siniflərində dərsdənkənar məşğələlərə ayrılan 1 (bir) saat dərs cədvəlinə daxil olunmaqla “Şahmat” kursunun tədrisinə verilir.

16. Bütün azsaylı xalqların kompakt yaşadıqları ərazilərdəki ümumi təhsil müəssisələrinin I-IV (birinci-dördüncü) siniflərində, habelə ləzgi dili tədris olunan ümumi təhsil müəssisələrinin I-IX (birinci-doqquzuncu) siniflərində valideynlər və təhsilalanlar arzu etdikləri halda, dərsdənkənar məşğələlərə ayrılan 1 (bir) saat dərs cədvəlinə daxil edilməklə onların ana dilinin tədrisinə verilə bilər.

17. Ümumi təhsil müəssisələrinin (bu Qeydlərin 15 və 16-cı bəndlərindəki ümumi təhsil müəssisələri istisna olmaqla) tədris digər dillərdə aparılan I-IV (birinci-dördüncü) siniflərində dərsdənkənar məşğələlərə ayrılan 1 (bir) saat bütün sinfə tədris olunmaqla (sinif iki qrupa bölünməməklə) Azərbaycan dili – dövlət dili kimi fənninin tədrisinə verilir. Bu zaman şagirdlərin dövlət dilində – Azərbaycan dilində şifahi nitq bacarıqlarının formalaşmasına daha çox diqqət
yetirilməlidir.

18. Füzuli, Beyləqan, Ağcabədi, Ağdam, Tərtər, Goranboy, Xocavənd, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Qazax, Ağstafa, Kəlbəcər, Laçın, Cəbrayıl, Şuşa, Qubadlı, Xocalı, Zəngilan rayonlarının bütün ümumi təhsil müəssisələrinin, habelə Naxçıvan MR-in Ermənistanla sərhəddə yerləşmiş ümumi təhsil müəssisələrinin VI (altıncı) siniflərində dərsdənkənar məşğələlərə ayrılmış vaxt hesabına həftədə 1 (bir) saat olmaqla ikinci yarımildə “Mina təhlükəsinə dair maariflənmə” adlı kurs tədris olunur.

19. Müəyyən edilmiş ümumi təhsil müəssisələrinin VIII (səkkizinci) siniflərində dərsdənkənar məşğələlərə ayrılan saatlardan 1 (bir) saatı dərs cədvəlinə daxil edilməklə “Ortaq türk tarixi” kursunun tədrisinə verilir. Tədris dilindən asılı olmayaraq, bütün siniflərdə bu kurs dövlət dilində - Azərbaycan dilində tədris olunur.

20. Bütün ümumi təhsil müəssisələrinin IX (doqquzuncu) siniflərində dərsdənkənar məşğələlərə ayrılan saatlardan 1 (bir) saatı dərs cədvəlinə daxil edilməklə “Zəfər tarixi” kursunun tədrisinə verilir. Tədris dilindən asılı olmayaraq, bütün siniflərdə bu kurs dövlət dilində - Azərbaycan dilində tədris olunur.

21.Şagirdlərinin sayı 20 (iyirmi) və daha çox olan siniflər müvafiq maddi-texniki və tədris baza və ixtisas müəllimləri olduğu halda, aşağıdakı fənlərin tədrisində iki qrupa bölünür:

21.1. tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrinin I-XI (birinci-onbirinci) siniflərində Azərbaycan dili - dövlət dili kimi;
21.2. ümumi təhsil müəssisələrinin tədris dilindən asılı olmayaraq bütün I-XI (birincionbirinci) siniflərində xarici dil, tədris Azərbaycan dilində aparılan V-XI (beşinci-onbirinci), tədris digər dillərdə aparılan X-XI (onuncu-onbirinci) siniflərində ikinci xarici dil;
21.3. ümumi təhsil müəssisələrinin V-XI (beşinci-onbirinci) siniflərində fiziki tərbiyə, VIX (beşinci-doqquzuncu) siniflərində texnologiya;
21.4. ümumi təhsil müəssisələrinin X-XI (onuncu-onbirinci) siniflərində informatika fənni üzrə praktik məşğələlər. İnformatika kabineti olmayan ümumi təhsil müəssisələrində informatika fənni üzrə praktik məşğələ keçilmir.

22. Tədris ilinin birinci yarısında sinifdə şagirdlərin sayının azalması tədris ili ərzində tədris planı ilə müəyyən edilmiş müvafiq fənlərin tədrisində sinfin iki qrupa bölünməsinə məhdudiyyət yaratmır.

23. Tədris dilindən asılı olmayaraq, ümumi təhsil müəssisələrinin bütün V-VI (beşincialtıncı) siniflərində Azərbaycan tarixi fənni dövlət dilində - Azərbaycan dilində tədris olunur.

24. Tədris dilindən asılı olmayaraq, ümumi təhsil müəssisələrinin bütün X-XI (onuncuonbirinci) siniflərində çağırışaqədərki hazırlıq fənni dövlət dilində - Azərbaycan dilində tədris olunur. 

Chosen
46
25
redaktor.az

10Sources