EN

"Təbrizə bilet almalıyam, mən qayıtmalıyam!" - Həmid Herisçinin yeni şeirləri

METEOHƏSSAS

Doğulmaq azdı.
Ölmək azdı.
Gərək həm də diriləsən.
Divarına çırpilmış sərçəni də dirildəsən bir ğün.
Sonra ölgün, ölğün
Təkərli çamadanını dunyanın axırınacan sürütləyəsən.
Təkcə özün.
Elə et, fotomüxbirlər də bunu ğörsün.
Oğrular var orda,
Bir gözün
Daim o çamadanını güdsün.
Yaranmışam
Baxışları televizora yox,
Televizordan kənara çəkmək üçün...
Meteohəssasam bu ğün.
Mənə verilib Bakıda həyat,
Təbrizdə ölüm.


HƏMŞƏRİ PALANI

Dərmirəm ağacımdakı
Son alçanı,
Sərmirəm yerə yarımçıq xalçamı
Harda Tanrı
əl saxlayıb,
İnsana tapşırıb işin yerdə qalanını.
Filanını.
Gurultulu-gurultusuz finalı.
Dövlət çevrilişi planını.
Harda oğrulara halaldı
Mərkəzi bankın əyalət filialı.
Harda hələ də yaşayır Həmşəri palanı.
Harda neft quyusunda ölür Abdulla Şaiqin Qurbanı...
Eşit mənim ifamı.
Aç falımı.
Bu 65 yaşlı kino serialımda,
Kölgələrin sevişdiyi kino zalımda,
ən ağır, əlacsız halımda,
Xırıltılı, cırıltılı musiqi valımda,
Təkcə musiqimi, caz ritmimi
Can ritmimi yox...
bənzərsiz söyüşümü də eşidəcəksiz.
Tam orijinal ifamda!
Mənim Həmşəri palanımda.
Təbrizə bilet almalıyam.
Mən qayıtmalıyam.
Budur ancaq mənim qafamda.
Yazışdığım elektron çatda...
Day uzatma.
Kölgəm məndən ayrıldı.
Baxdı öz WhatsAppına
Uydu xəyalların ən həssasına.
Getdi bilet kassasına.


FİXBİOQRAFİA

Mütləqdi.
Gərək bir fixbioqrafiyan da olsun.
İlk cümləsindən oxunsun.
Gıcgah damarına saatda 120 zərbə vursun,
Gecə 12 olsun
Qoy qorunsun
Bu saxta bioqrafiyan dövlət arxivlərində...
Yaxud gizli arxa cibində.
Kiminsə seyfində.
Eşitdiyim, oxuduğum
ən qəliz FİXBİOQRAFİA
Hardakı ən ağır suallar, cavablar yazılmışdı ayrıca qrafayla,
dogranmışdi qanlı baltayla
Cibgir Zerkalo Klaraya məxsusdu.
Pasportuna yazdırmışdi "Yusifzadə Klara Ağababa oğlu".
Taxta dəlik döşəməsı, qəzet süfrəsi, sinəsinin tövşəməşi artırdı bu pasportu üzə çixan vaxt.
Deyirdin indicə tam sıfirlanacaq bu adı həyat!
Deyirdin bəlkə də bu qadın heç arvad-zad...
Mənə deyərdi get dolabdan
Gəlinlik ğüzğümü çıxart
Pasportumdakı " Oğlu' sözünə bir də yaxşıca bax.
" Oğru" sözü ğözümə girincə
Düşərdim girincə...
Qaranlıq küncə
Xeyli baxardım.
Geriyə adlardım.
Ayaqlarımda odun kimi parçalanardı addımlarım!
Cavabıni alardı bütün lal suallar.
Yalançı şüarlar.
Elə bil Senatın müzakirəsinə
907- çi düzəlişi cixarmışdilar!
Sənin heç belə fixbioqrafiyan var?

YASAYAQ MÖVZU VERMƏDƏN KİNOYA

Hər ğün səhər-səhər eyvanımdan sallanib aşağıya baxıram.
Ğörürəm qonşum Güləlinin başi
Necə bir az da dazlaşir.
Həyatın sürətı çox...çox amansızdır.
Çox amansız...
Depressiondayam.
Şansizam, çox şansız.
WhatsAppda yazışdığim bir qız
mənə dedi bunu nəbadə danışasiz
indiki adamlara, kitablara.
Azdrmaya!
qədim zamanlarda
Bunu danışırdılar
Suya.
Quyuya.
Dodaqları çartlaq duaya.
Yaxud səmadakı aya.
Uzaqbaşı
yeddi simli sarı gitaraya.
Səmt küləyi özü səni aparacaq
uzaq yaşıl adaya.
Yaşayaq.
Ancaq mövzu vermədən
Hər cür kinoya.
Səhnəsi tozlu bizim AZDRAMAYA.
Yaşayaq.
Heç nəyi saxlamadan sonraya.


QİRMIZİ TAKSİ


Çirkab gölməçələrindən
bir başqa cür boylandı o ğün
bizim şəhərin əksi…

sənədlər qeybə çəkildi qəfil,
sifətlər dönüb oldu
şəxsiyyət vəsiqəsi…

Cənab X ğözləyirdi məni orda,
Bir də,
Qırmızı taksi.

Külək də vəhşıydi o ğün, azca vəhşı.
Gozəğörünməz rəssam Benksini
o gölməçədən,
görmək mümkündü
Yəqinki.

sevincək düşüb ardıca səslədim,
kimsə gəlmədi…
künc-bucaqdakı
hörümçək toru titrədi
ancaq…
Bom-boş idi «Otoyol» minibuslarıyçün ayrılmış,
ümidlərinin son dişləri sayılmış
yarıyuxulu dayanacaq…

Qırmızi taksi gözləyir orda məni,
Qırmızı taksi...
Nə apardı məni ordan uzaqlara?
İçdiyim viski?
Yoxsamı o qırmızı taksı?
Yoxsa bütün bunlar sadəcə çox tirajlı son komiksdı?
Bütun cavablar,
çirkab gölməcəsindən sənə baxan öz
Əksindədi.
Cənab X - dədi.
Benksidədi.
Uzaqlaşan qırmızı taksidədi.

EDİSON LAMPASI

Cənab Edison,
yumşaq kreslonda əyləş,
özün fikirləş,
təkcə elə əl-əlvan işığı, sarı lampanımı
ixtira etmişik biz?
Yox... yox, lap qədimlərdə
zil qaranlığı, qatı zülməti
şək-şübhəsiz,
elə yenə biz ixtira etmişik,
yenə biz!

Dediklərimdən qorxduz
deyəsən...
Bəlkə, bir siqaret tüstülədəsiz?
İcad etdiyiniz lampanın işığında,
sarı payız yarpaqlarının
özünə ev axtarmağını,
millətin kirli corablarını,
barı, bircə dəfə görsəydiniz...
Deyərdiz,
“yetər!”, ixtiranızı
ləğv edərdiz.
Tam müflis olardız,
tam müflis...
Qalardiz mən kimi
Təbrizsiz.

Darıxdız deyəsən,
bəlkə bir azacıq keflənəsiz,
ölüb yerə girəsiz?
Bəlkə
bütün duyğularınızla incələsiz,
şübhələrinizi kəfənsiz
dəfn edəsiz?
bir lampa da icad edəsiz...
Müflis olasız, tam müflis...
nəhayət ki, görə biləsiz
necə mən
çar-naçar
evimə qayıdıram...
Yorğunam. Arığam.
Bir az hələ ayığam...
Corabımın birini çıxarıram.
Digərini çıxarmağa əl atanacan,
min il vaxt keçir aradan..
Sanki yoxam...
yenidən gərək doğsun məni
rəhmətlik anam!!!

Eh, cənab Edison, sən burda
axı nəyi işıqlandırdın?
Heç bunu
bacardın?


BRÜSSELDƏKİ ADAŞ


Atamla dostu Rəzi Qəvami,
Bir gün keçdilər bir növ uranın zənginləşdirilməsinə...
Eyni ad verdilər öz övladlarına
Və sairə.
Fikirlərində
Bu cür qalxmaliydı Azdramadakı
Ağır pərdə
Nə vaxtsa biz Həmidlər ğörüşəndə...
Kimyəvi kolbaya bir zərrə əlavə

Həyat dönməliydi ağlamalı filmə.
Qapanmalıydı nəhayətsiz bu dairə.
Filmin qaçan həriflərində, uzun titrlərində
Çevrilməliydi səhifə.
Hissə- hissə.
Hətta oriyental bir qız cariyə
Keçməliydi şirin ləhcəyə, şıvəyə...
Hadisələr qəfil axmalıydı keçmişə,
Tam geriyə, Təbrizə.
Və sairə.
Razı əmiylə tarixin əmriylə Qafar ağa sarınmaliydılar
Bir-birilərinə.
Bir gün gördüm aha... palçiq ğölməcələrdən bir başqa çür göründü
bizim şəhərin əksi.
Taksi gözləyirdi orda məni,
Qıpqırmızı taksi.
Küsülü bəxtim bu taksiyə mindi.
Əyləşdi.
Uzaq Brüsseldəki Həmid Qəvaminin qapısınadək gəldi.
Basmaq istəsə də əvvəlcə zənğı...
Qəfil palçiq gölməcədən bir başqa cür danışdi meyvələrin bəhsi
Qapıdakı rəqəmlər çox nəhsdi.
Bədənim əsdi.
Bildim əbəsdi...
Dedim day bəsdi.
Axmaq o kəsdi
inanıb ömrü boyu bax bu dramatizmə,
Kimyəvi kolbada guya yaranacaq tam yeni maddəyə.
Və sairə.
Və şairə.
Və həyat dönmədi axırda
Filmə.
Döndü ancaq, dinlə,
eşıt, yalnız bu şerə.

O KƏLAGAYI

Eh mənim yaşıl, soğanı kəlagayım,
səni bir ğün dəmir mafəyə sancaqladım,
Küləkdə dalğalandırdim.
Dəmir mafədə sakitliyini ğörərkən
Artdı Bakı küləyinə son etibarım.
Ancaq sən Bakı küləyini cilovlamağı bacardın.
İndiyəcən qalıb paslı yaddaşımda
Necə atamla, qardaşimla,
anam da
bax bu kəlağayı başinda
Getdik 1966- da
Sankt Peterburqa.
Püskinin dueldə öldüyu yer
Dönüb olmüşdu "Çernaya reçka" adlı qəşəng otel...
Alnımdaki narahat qıvrım tel
İlk dəfə orda məni oxşatdi şairə,
Hətta göz vurdu orda mənə bir oriyental qız,
Cariyə,
Və sairə.
Səsləndi qulaqlarımda ilk qafiyə.
Çıxdım orda qardaşimla duelə.
İlk görünməz ğüllə
orda ağritdi köksümü.
Şair ölümünü, ömrünü
yaşadım, təkrarladım altı yaşımda,
Bir də ğördüm bu həyat kinoafışama
Anam baxır,
Bu kəlağayinın ucları isə,
tamam ğöz yaşlarındadir,
Tamam ğöz yaşlarında.
Sonra ötürdük dayanacaqdakı sapsarı tramvayı.
Neva sularında əridi itdi
Qış sarayı.
Unutduq imperator Nikolayı.
İndi mafənə sancıram
o kəlağayını.

DİRİLMƏ

"Qoy, bura tökdüyün zibil
Ölənlərinin ehsanı olsun!
Qoy, təzə taxma dışlərim
Çənəmdə yaxşıca bir oturuşsun!
Lənətlərim lap öldürücu olacaq!"
Kimdi?
Hansı yerimdi?
Hansı dissertasiyasız alimdı,
Radio FM- di,
Hansı ölümdü, hansı filmdi,
Kor mexanizmdi,
Bu lənət dolu qraffitini köhnə Bakı divarına yazan?
Sonra azca fərqli incə hüsn xəttlə,
Azca ləzzətlə
öz diş həkiminin telefonunu
Bu lənətınə reklam kimi artıran?
Kimdi o?
Deyirsiz müasir Dədəm Qorquddu?
Yox eyyy...
Yetim Mövluddu.
Bir də gördün yediyi xəngəl qurutu
Unutdu!
Çayını tam soyutdu.
Son tikəni diri uddu...
Sonra hamını qorxutdu
Öz yalançı anı ölümüylə.
Qəfil dirilib, qara kömürlə
Lənətlərini həkk etdi kirli divarlara.
Bir ğün tiryəki artıq düşdü necə deyərlər.
Doğrudan öldü.
Öləndə siqareti hələ də tüstülüydü.
Restorandaydıq.
Sahibi, cümlələrinin axırını yedi,
dedi, kəkələdi
qorxa- qorxa,
Görəndə qapıya necə yaxınlaşır
Qara "Volqa":
'Aparın meyidini, burda qalmasın sizin sovxa!'.
Müşahidə videokameralarını aldatmaqdan ötrü
Bildirmədik Mövlud ölüdü.
Əlləri çıynimizdə,
ğöz vura- vura bir-birimizə
Mövludu da qoşub yalançı söhbətimizə,
Çıxdiq restorandan.
Qəfil Mövludu tanıyanlardan
Bıri, salam verdi Mövluda...
Aktyor dramatizmi lazimdı burda.
Nəsə dedim burnumda.
Tər vardı ey vücudumda.
Day ilişmədik itə- qurda.
Güvənib Mövludun cibindəki xirda- mırdaya
Mindik qara taksiyə.
Getdik bütün yolların əksinə, tam tərsinə.
Axır, çiynini silkələdim.
Mövludu, tək onun eşidə biləcək ahənglə səslədim:
"Ay yetim
Dirildin?
Taksi pulunu indi necə, mənmi ödəyim?"

RADİATORUMDAKİ SU

Gördünmü fotoşəkilin köhnəlib,
Pasportundan özözünə ayrılıb, qopur.
Avtomobilinin radiatorundaki su qaynayıb fontan vurur...
Əvvəl radiatorunu yox ..radionu susdur.
Get itbat kafedə otur.
Ordan özünə zəng vur.

Casusların, Faustlarin avtomobili bu vaxt bir kor dalana burulur.
öz məzarları üstə
ğül- cicək dəstələri qoyur,
Plastik, burun əməliyyatlarından kecıb,
köhnə barmaq izlərini pozur.
Casusları, Faustları həmişə öz məzarları üstə görmək olur.
Kölgəsınə barmağini tuşlayib qışqırırsan:
" Odur? Odur!"
Oxşarlığına əvvəl inanmayırsan, deyirsən:
Yoxxx ey...oğludur.

Hə...ğördünmü fotoşəkilim
Pasportundan özü qopur,
Radiatorumdaki su fontan vurur...
Mən də o casuslar, Faustlar kimi
öz məzarım üstə ğül çələngı düzərdim,
O cür ölüb dirilmək istərdim.
Qoy hovuzda üzsün bir müddət köhnə, lüzumsuz cəsədim.
Polis şəxsiyyətimi məyyənləşdirməsin.
Öz evimə əl fanarımla, məxfi qərarımla gırim,
Telefon, televizor, bilgisayar
Kodlarımı tez-bazar dəyişim.
Ən əsası- sevışim
Sarışin bir fotomodellə.
Etiraf edim: Sevdiyim kokteyli, qadın tipini bu gün dəyişdin sən...
hə...nəhayət trendəyəm.
Kofe Amerikano istəyirsən?
Bazar ğünlərini kecirdəcəksənmi
Mənlə?
Səmimiydin "Səfir yaxin dostumdu" deyəndə
"Bəlkə sabah birlikdə nahar edək?"
Təklifində.
Aeroport yolundan ayrılib
bahalı qolf kluba gedəndə
Özümə deyərdim
mən yetim:
Trendəyəm,
Trentdə.

Təzə sim-kart
Alacam özümə.
Qoy heç kim acımasın
Hovuzda üzən cansız cəsədimə.

Radiatorumdaki su
Qızdırmayacaq bu dəfə.
Düz bir həftə.


ŞƏRIKLİ ÇÖRƏK-DEMO VERSİYA


1947-ci ilin dekabrın sonları.
Payına düşən 200, 400 qr. çörəyi O götürməmişdi.
Yeni 1948-ci ili, 31 dekabr da çörəksiz keçirmişdi.
Niyə?
Nəyə görə?
Nədən, hansı səbəbə?
200+400 qr halal çörək borcu var qoca tarixin,
Bu qoca, tozlu arxivin,
Hər birinizin, hər ikinizin, hər itinizin
Dədəmə. Mənə.
Bu titrək iti çənəmə.
Sənədlər tam hazırdı…
Gedə bilərəm
Uca haqq, Haaqa məhkəməsinə…
Kinonun davamı " Şərikli çörək" filmində.
Əsl qəbzlər məndədir, məndə.
Yaşayıram
Sənətin, həyatın bütün demo versiyaları ilə
Birgə.
Borcunuz var dədəmə.

TUT AGACI, TUT AGACI

Nikolaydanqalma köhnə Bakı...
Önündə
Nuhun yadigarı tut ağacı...
O tut özünü
arxasındakı köhnə binadan
ancaq bir baş uca bilmiş,
göylərə ancaq
bir azacıq uça bilmiş,
o tutu ancaq sərxoşlar qucaqlaya bilmiş
"Kleopatra" barından çıxdıqdan,
bir dəfə yıxıldıqdan
sonra.

O tut səni əvvəlcə aldadacaq,
özünü cənnət ağacına oxşadacaq,
Səni yerə yıxacaq,
Üzərindən əclaflar adlayacaq,
sonra səni ayıldacaq
qara divarda öz kölgəni,
Sanki özgəni
qəfildən gördüyün zaman...
Avara "Jiquli"lərin zəif işığıyla
nura boyanan
kirli divarlardan
o kölgəndir
sənə diqqətlə, heyrətlə baxan...

Səni tanımayan.
həmin bu an
divar dibinə sığınıb
limon satan
Lənkaran arvadlarına baxıb fikirləşəcəksən:
"Sarı limonlar Lənkərandamı, ağacdamı,
yoxsa kasibların ovcundamı bitir?"
Bunu ancaq o tut ağacı,

Bu yolayrıcı,
arvadların ən qisqancı,
Fələk qırmancı bilir.
Nə yaxşi ki, o tut ağacı,
Bu həyatımızin tam kənar müşahidəçisidir.
qələmsiz tarıxçisidir.
Tərcüməçisidir
budaglarindakı boz sərçə...
Bircə
mənə desəydi
Nədir son nəticə?

BİR GÜN WHATSAPDA

Tərk etdiyim ilk qadın
lal baxışlarini atdı ardımca.
Sonrakı, bahalı alışqanını.
Sonrakı, dunyanın ən ağır külqabısını.
Bir ğün bunların hamısı bir fotomodeldə birləşdi
Vardı külqabisi... ağır alışqanı,
Ağırdı həm də baxışları.

Uzü niqablı
bu gözəlin WhatsAppı
qoymurdu gecələr yatım.
Uzandı bir az
bu sevgı xronometrajim.
Hərdən əşyalarına qorxa- qorxa baxirdım.
Bir ğün masasındakı tunc Budda heykəlində
yubandı baxışlarım.
Cəkisini yoxladım.

Cəld cantama, çamadanıma əl atdım.

BLENDER

Həyatın blenderi,
Mənı dırıdiri...
Doğradı iri- iri.
Xüsusən təhlükəlidi
Əti sümükdən ayırmaq hissəsi.
İncəlikləri.

Həyatda hamı çayı
qəndlə yox,
dərdlə içirdi.
Həyatda nə varsa,
Blenderdən keçməlidi, keçirilməlidi.
Bu vacib, qaçınılmaz şərtdi.
Bilirəm çox sərtdi.
Qəlizdi qəssablarla bağladığımız
müqavilə maddələri.
Dözülməzdi iyi.
Ətri.
Arxiv sənədləri.

Misal üçün Nizami Gənəcəvinin kəlləsi
Lap əvvəl bir Gəncə qəssabinin evindəydi.
1939-da blenderdən keçdi.
840 illik yubileyində potoloqoanatom Qerasimova göndərildi.
Guya
yazdığı dua,
atılmalıydı axar suya,
Bədəni salınmalıydı qara falaqqaya.
Sonra min bir hoqqayla...
Bəzi gizlinlər o vaxt Belyayevin yazdığı
"Doktor Doulen kəlləsi" əsərindədi.
Kəllə dirilməli,
NKVD-də dindirilməliydi!
Qorxutmalıydı Nizamini qonşu otaqdan gələn
Blenderin səsi.
Nizami Gənəcəvi, bax bu cür blenderdən keçirildi.
Aıyrıldı bədənindən kəlləsi.
Guya Qerasomov bu kəlləyə baxıb
Nizaminin əsl simasını bərpa etməliydi.
Gerasimov isə day geri
qaytarmadı o kəlləni.
O kəllənin muzeylərdəki inventar nömrəsi
Şifrəlidi, çox rəqəmlidi…
Digər məsələləri,
Özündə gizləyir
Aleksandr Belyayevin "Doktor Doulen kəlləsi" əsəri.
Ordadır cümlənin son feli.
Orda gizlətdilər bu blefi.
İşkəncələr vaxtı Qerasimov götürürdü saç fenini...
Açırdı Nizaminin sinəsini...
Basdılar belinə vergini.
Verdilər ona voeni
Əzbərlətdilər nömrəni.
Hələ də geri qaytalımayıb Nizaminin kəlləsi.
Rusiyetdədi.

Həyatda nə var blenderdən keçməlidi.
Sonrası?
Sonrası tam blefdi.



Chosen
10
1
kulis.az

2Sources