EN

Mirziyoyev İlham Əliyevi təbrik etdi

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevi avqustun 8-də Vaşinqtonda Ermənistanla "Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş"in paraflanması münasibətilə səmimi təbrik edib.

Bakıvaxtı.az xəbər verir ki, Ş.Mirziyoyev bunu avqustun 22-də Türkmənistanda Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistanın Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovla yüksək səviyyəli üçtərəfli görüşdə deyib.

"Görüş zamanı tərəflər ticari-iqtisadi, nəqliyyat-kommunikasiya, enerji və humanitar sahələrdə çoxtərəfli əməkdaşlığın inkişafı məsələlərini müzakirə ediblər", - məlumatda qeyd olunub.

Chosen
13
8
bakivaxti.az

9Sources