EN

Pioli Əliyar Ağayevin qərarından danışdı

ain.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

“Fiorentina”nın baş məşqçisi Stefano Pioli UEFA Konfrans Liqasının pley-off mərhələsində “Polissya” üzərində 3:0 hesablı qələbədən sonra Moize Kinin meydandan qovulmasına münasibət bildirib.

Futbolpress.az xəbər verir ki, Pioli italiyalı hücumçunun qırmızı vərəqəyə layiq olduğunu qəbul etsə də, epizodda rəqib futbolçunun da cəzalanmalı olduğunu vurğulayıb:

“Moize səhv etdi və onun reaksiyası qırmızı vərəqəyə layiq idi. Amma saçdan dartılma da cəzasız qalmamalı idi. Onu başa düşürəm və təəssüflənirəm. Ümid edirəm ki, Kin bu hadisədən dərs çıxaracaq”.

Dünən baş tutan oyunu azərbaycanlı hakim Əliyar Ağayev idarə edib. Matç “Fiorentina”nın qələbəsiylə başa çatıb – 3:0.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
48
futbolpress.az

1Sources