EN

Ukraynaya PUA-lar göndərəcək

Finlandiyanın müdafiə sənayesi konserni “Summa Defence” 2025-ci ilin ikinci yarısında Ukraynaya ilk pilotsuz uçuş aparatları partiyasını göndərməyi planlaşdırır. 

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məlumat şirkətin rəsmi saytında dərc olunmuş press-relizdə yer alıb.

“Şirkət Finlandiyanın cənubunda yerləşən yeni istehsal güclərini istifadəyə verib. Artıq ukraynalı tərəfdaşımızla birlikdə ilk sınaq partiyasının istehsalına başlanılıb. Gözləyirik ki, onlar tezliklə hazır olacaq və 2025-ci ilin ikinci yarısında təhvilatlara başlanacaq”, – açıqlamada bildirilir.

2024-cü il 28 noyabrda “Summa Defence” elan etmişdi ki, Ukrayna ilə birlikdə 2025-ci ilin əvvəlindən PUA-ların birgə istehsalına başlayacaq. 

İstehsal ediləcək məhsullar – yalnız hava deyil, həm də yerüstü və suüstü pilotsuz sistemlər – Avropa İttifaqı (Aİ) və NATO ölkələrinin ordularına təchiz ediləcək.

Chosen
5
operativmm.az

1Sources