EN

Qarabağ dan ayrılan Veşoviçin yeni klubu açıqlandı

ain.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu yay "Qarabağ"dan ayrılan Marko Veşoviçin yeni klubu məlum olub.

QOL.az xəbər verir ki, 34 yaşlı müdafiəçi karyerasını Xorvatiyada davam etdirəcək. O, "Lokomotiva"ə (Zaqreb) keçib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, M. Veşoviç 2021-ci ildən "Qarabağ"da çıxış edirdi. Monteneqrolu futbolçu Ağdam təmsilçisində 134 oyuna çıxıb, 5 qol vurub və 16 məhsuldar ötürmə verib.

Əlavə edək ki, Veşoviçin "Turan Tovuz"la danışıq aparması ilə bağlı da xəbərlər yayılmışdı.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
25
14
qol.az

10Sources