“Qarabağ”ın sabiq müdafiəçisi Marko Veşoviç karyerasını Xorvatiyada davam etdirəcək.
Operativ Media xəbər verir ki, Monteneqro millisinin üzvü “Lokomotiv” (Zaqreb) klubu illə müqavilə bağlayıb.
33 yaşlı futbolçu “Qarabağ”a 2021-ci ildə transfer olunmuşdu.
“Lokomotiv” ötən mövsüm Xorvatiya çempionatında 10 komanda arasında 8-ci olmuşdu. Komanda yeni mövsümdə 3 oyundan 4 xal toplayaraq 5-ci yeri tutur.