EN

Zabitin atası da eyni səbəbdən ölübmüş... Fotolar

Qafqazinfo saytına istinadən ain.az xəbər verir.

Prezidentin Təhlükəsizlik Xidmətinin (PTX) mayoru Erkin Ələkbərov vəfat edib. 

“Qafqazinfo” “Unikal”a istinadən xəbər verir ki, 36 yaşlı mayor xidməti vəzifəsini yerinə yetirərkən ürəktutmadan ölüb. 

Məlum olub ki, E.Ələkbərovun atası da 48 yaşında eyni səbəbdən dünyasını dəyişib. O, da həmçinin XDMX-nin (indiki PTX) polkovnik-leytenantı olub. 

Erkin Ələkbərov Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb, daha sonra Milli Qvardiyada xidmət edib.

Onun 5 yaşında qızı və 1 yaşında oğlu var.

Qeyd edək ki, zabit Azərbaycan Milli Karate yığmasının üzvü, Dünya və Avropa çempionatlarının bürünc mükafatçısı və İslam Oyunlarının qızıl medalçısı Tural Ələkbərlinin qardaşıdır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
42
9
qafqazinfo.az

10Sources