ABŞ-da qadın realist rəssamların ən nüfuzlu mükafatlarından biri sayılan “Bennett” Mükafatının qalibi elan olunub.
Kulis.az xəbər verir ki, mükafatın qalibi rəssam Emi Uernts seçilib.
O, 50 min dollar vəsait və ABŞ-ı əhatə edən fərdi sərgi turu ilə təltif olunub.
Müsabiqənin tarixi də yeniliklə yadda qalıb, ilk dəfə mükafatın qalibini yalnız qadınlardan ibarət münsiflər heyəti müəyyənləşdirib.
Qeyd edək ki, 2016-cı ildən təsis olunan “Bennett” Mükafatı iki ildən bir qadın fiqurativ realist rəssamlara təqdim olunur və qalibə böyük sərgi imkanı yaradır.