EN

Aşağı Güzdəkdə boya zavodunda yanğın zamanı 6 nəfər zəhərlənib - Yenilənib

Bu gün saat 11:00 radələrində Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində fabrikdə yanğın hadisəsinin baş verməsi barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub...

TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirlib ki, təcili tibbi yardım briqadası tərəfindən 6 nəfər (kişi cinsli) tüstüdən zəhərlənmə səbəbi ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub, zəruri tibbi yardım göstərildikdən sonra amulator müalicə üçün evə buraxılıblar, 1 nəfərə (kişi cinsli) sağ əlin yanığı, 1 nəfərə isə (kişi cinsli) özünü pis hiss etməsi səbəbi ilə yerində tibbi yardım göstərilib

***

Abşeron Rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində fabrikdə yanğın hadisəsinin baş verməsi barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

Bu barədə "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, çağırış əsasında ilkin olaraq 7 təcili tibbi yardım briqadası hadisə yerinə cəlb olunub.

***

Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində boya istehsalı zavodunda baş verən yanğın söndürülüb.

Bu barədə "Report"un hadisə yerində olan əməkdaşı xəbər verir.

***

Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində boya istehsalı zavodunda baş verən yanğının yayılmasının qarşısı alınıb.

Bu barədə Poliqon-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yanğından mühafizə bölmələrinin operativ müdaxiləsi sayəsində yanğının yayılmasının qarşısı alınıb.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

***

Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində boya istehsalı zavodu yanır.

Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində boya istehsalı zavodunda baş verən yanğınla bağlı atmosfer havasına atılan emissiyaların monitorinqinin və ölçmə işlərinin aparılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Monitorinq Mərkəzinin mütəxəssisləri ərazidədirlər.

Bu barədə "Report"un sorğusuna cavab olaraq nazirlikdən məlumat verilib.

***

Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində boya istehsalı zavodunda yanğın başlayıb.

Bu barədə Poliqon-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, baş vermiş yanğınla əlaqədar polis əməkdaşları, eləcə də dövlət yol polisinin naryadları hadisə yerinə cəlb edilib. Məlumata görə, polis əməkdaşları hadisə yerini mühafizə edir, təhlükəsizlik və digər zəruri tədbirlər görür.

Poliqon.info

Chosen
60
4
poliqon.info

10Sources