EN

Polis maşınlarına atəş açılıb, 5 polis həlak olub

İranın cənub-şərqində naməlum şəxslər iki patrul maşınına atəş açıblar.

Bu barədə Moderator.az "İRNA" agentliyinə istinadən xəbər verir.

Məlumata görə, azı beş polis əməkdaşı ölüb.

İran tərəfi hadisəni "terror hücumu" adlandırıb.

Bildirilib ki, hücum edənlər cinayət yerindən qaçıblar.

Rəsmi mənbələrin bəyanatına görə, terror aktını həyata keçirənlərin aşkarlanması və təqib edilməsi əməliyyatı təhlükəsizlik qüvvələrinə və hüquq-mühafizə orqanlarına həvalə edilib.

Chosen
21
moderator.az

1Sources