Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində fabrikdə baş verən yanğında 6 kişi tüstüdən zəhərlənib.
Bizim.Media xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
MÖVZU İLƏ BAĞLI:
Abşeronda boya istehsalı zavodundakı yanğın söndürüldü – YENİLƏNİB/VİDEO
Bildirilib ki, 6 kişi tüstüdən zəhərlənmə səbəbi ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.
Onlara zəruri tibbi yardım göstərildikdən sonra amulator müalicə üçün evə buraxılıblar.
Onlardan birinə sağ əlin yanığı, birinə isə özünü pis hiss etməsi səbəbi ilə yerində tibbi yardım göstərilib.
Bizim.Media