EN

Abşeronda boya sexində baş verən yanğında 6 nəfər tüstüdən zəhərlənib

Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində fabrikdə baş verən yanğında 6 kişi tüstüdən zəhərlənib.

“İki sahil” xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, 6 kişi tüstüdən zəhərlənmə səbəbi ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Onlara zəruri tibbi yardım göstərildikdən sonra amulator müalicə üçün evə buraxılıblar.

Onlardan birinə sağ əlin yanığı, birinə isə özünü pis hiss etməsi səbəbi ilə yerində tibbi yardım göstərilib.

Chosen
40
10
ikisahil.az

10Sources