EN

Müsahibə mərhələsinin III günü: 977 nəfər dəvət olunub

Müsahibə mərhələsinin III günü keçirilib.

Bu barədə AzEdu.az-a İnsan Resursları Mərkəzindən məlumat verilib.

Bildirilib ki, 22 avqust tarixində riyaziyyat, informatika, fransız dili, rus dili, ingilis dili, Azərbaycan dili və ədəbiyyat, texnologiya, fiziki tərbiyə, musiqi və Azərbaycan dili fənləri üzrə müsahibələr təşkil edilib. Müsahibələrin ikinci gününə 977 nəfər dəvət olunub.

Xatırladaq ki, namizədlər şəxsi səhifələrində qeyd olunan tarixdə müsahibə mərhələsində iştirak etmədiyi halda bu, tutduğu vakant yerdən imtina kimi qeydə alınacaq və həmin namizədlərin müddətli müqavilə ilə işə qəbul turlarında iştirakı təmin olunmayacaq.

Chosen
81
8
azedu.az

10Sources