EN

Zəngə cavab vermədilər? WhatsApp yeniliyi

Zəngə

WhatsApp yeni funksiyasını sınaqdan keçirir – əgər zəng etdiyiniz şəxs cavab verməzsə, artıq səsli mesaj buraxmaq mümkün olacaq. Bu barədə WABetaInfo məlumat yayıb.Yenilik hazırda Android üçün 2.25.23.21 beta versiyasında test olunur. Zəng interfeysində “Zəngi bitir” və “Yenidən zəng et” düymələrinin arasında əlavə edilən “Səsli mesaj yaz” seçimi görünür.Düyməni sıxdıqda yazma prosesi avtomatik başlayır və qeyd olunan səsli mesaj buraxılmış zəng bildirişi ilə birlikdə qarşı tərəfə göndərilir. Bu iki bildiriş birləşdirilərək istifadəçiyə daha aydın kontekst təqdim edir – yəni həm zəngin cavabsız qaldığını, həm də onun əvəzində mesaj göndərildiyini görmək mümkün olur.Sadə dillə desək: WhatsApp zənglər üçün “səsli auto-cavab” dövrünü açır.Ulusum.az

Diqqət Çəkənlər

ABŞ-da ardıcıl atışma xəbərləri – bu dəfə Vilanova Universitetində

Siyəzəndə zəlzələ oldu

Aida Tağızadə vəfat etdi

Chosen
32
19
ulusum.az

10Sources