Demokrat.az xəbər verir ki, hadisə nəticəsində 24 yaşlı sənətçi ayağından yaralanıb.
Məlumata görə, o, səhnədən qaldırıcı kranla endirilərkən pnevmatik tüfəngdən açılan atəş nəticəsində sağ dizindən xəsarət alıb. Reper dərhal Hayrabolu dövlət xəstəxanasına aparılıb, ilkin tibbi yardım göstərildikdən sonra İstanbuldakı özəl xəstəxanaya köçürülüb. Həkimlər ifaçının vəziyyətinin yaxşı olduğunu açıqlayıb.
Polis hadisə ilə bağlı araşdırma apararaq şübhəlini qısa müddətdə müəyyən edib. Atəş açan şəxsin festival ərazisinə yaxın evdə yaşayan F.D. olduğu məlum olub. Onun evində aparılan axtarışda istifadə etdiyi havalı tüfəng də götürülüb.
F.D. ifadəsində Çakala qəsdən atəş açmadığını, havaya atəş etdiyini söyləsə də, istintaqdan sonra o, "qəsdən xəsarət yetirmə" maddəsi ilə həbs edilib.
Jalə
Demokrat.az
5Sources
-
konkret.azTürk reperə silahlı hücum: Xəstəxanaya yerləşdirildi ( 20614782)
-
konkret.azTürk reperə silahlı hücum: Xəstəxanaya yerləşdirildi KONKRET ( 20614755)
-
milli.azTürk reperə silahlı hücum: Xəstəxanaya yerləşdirildi ( 20614740)
-
demokrat.azMəşhur türk reperə silahlı hücum Xəsarət aldı ( 20606379)
-
demokrat.azMəşhur türk reperə silahlı hücum — Xəsarət aldı ( 20606340)