EN

MİQ üzrə müsahibələrin üçüncü günündə 977 nəfər dəvət olundu

Müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsi çərçivəsində avqustun 22-də riyaziyyat, informatika, fransız dili, rus dili, ingilis dili, Azərbaycan dili və ədəbiyyat, texnologiya, fiziki tərbiyə, musiqi və Azərbaycan dili fənləri üzrə müsahibələr təşkil edilib.

Təhsil İnstitutu nəzdində İnsan Resursları Mərkəzindən Publika.az-a bildirilib ki, müsahibələrin üçüncü günündə 977 nəfər dəvət olunub.

Xatırladaq ki, namizədlər şəxsi səhifələrində qeyd olunan tarixdə müsahibə mərhələsində iştirak etmədiyi halda bu, tutduğu vakant yerdən imtina kimi qeydə alınacaq və həmin namizədlərin müddətli müqavilə ilə işə qəbul turlarında iştirakı təmin olunmayacaq.

Chosen
48
14
publika.az

10Sources